Bakı. Trend:
BMT-nin Baş katibi Antoniu Quterreş Yaxın Şərqdə hərbi gərginliyin artmasını pisləyib.
Trend xəbər verir ki, bu barədə onun mətbuat katibinin müavini Fərhan Hak məlumat verib.
“O, xüsusilə İran və ABŞ arasında İranın nüvə proqramının statusuna dair danışıqların davam etdiyi bir vaxtda İsrailin İrandakı nüvə obyektlərinə hücumlarından dərin narahatlıq keçirir.
Baş katib BMT üzvü olan dövlətlərə xatırladır ki, onlar BMT Nizamnaməsi və beynəlxalq hüquq normalarına uyğun hərəkət etmək öhdəliyi daşıyırlar. O, tərəfləri maksimum təmkin nümayiş etdirməyə və regionun tab gətirə bilməyəcəyi yeni eskalasiyadan çəkinməyə çağırır”,- bəyanatda bildirilir.