Bakı. Trend:
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (bundan sonra – Filial) 2025/2026-cı tədris ili üçün aşağıdakı istiqamətlər üzrə bakalavr pilləsinə tələbə qəbulu elan edir:
İstiqamətlər və təhsil proqramları |
Qəbul planı |
Dövlət sifarişli yerlərin sayı |
Ödənişli yerlərin sayı |
Filologiya fakültəsi |
|||
050205 Filologiya |
38 |
30 |
8 |
Təhsil proqramı “Rus dili və ədəbiyyatı” |
12 |
10 |
2 |
Təhsil proqramı “Roman-german filologiyası” (ingilis, italyan) |
26 |
20 |
6 |
Tətbiqi riyaziyyat fakültəsi |
|||
050511 Tətbiqi riyaziyyat |
30 |
25 |
5 |
Kimya fakültəsi |
|||
050508 Kimya |
30 |
25 |
5 |
İqtisadiyyat fakültəsi |
|||
050405 İqtisadiyyat |
16 |
13 |
3 |
050408 Menecment |
15 |
12 |
3 |
Fizika fakültəsi |
|||
050505 Fizika |
30 |
25 |
5 |
Bundan əvvəl Azərbaycan Respublikası (AR) büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan əcnəbilər üçün təhsil ödənişsizdir. Bu şəxslər yalnız dövlət sifarişi ilə ayrılmış yerlərə iddia edirlər, qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. MDU-nun Bakı filialının bakalavr pilləsinə daxil olmaq istəyən şəxslər Filialda keçiriləcək qəbul sınaqlarında iştirak etmək hüququ qazanmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərin bakalavr pilləsinə qəbul imtahanlarının birinci cəhdində hər hansı bir ixtisas qrupu (I-IV) üzrə 250 və ya daha çox (400 mümkün baldan) bal toplamalıdırlar.
Bundan əvvəl Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikası vətəndaşları və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, həmçinin vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar Filialın qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. Filialda onlarla mühasibə aparıldıqdan sonra DİM-in keçirdiyi imtahanında iştirak etmədən Filialın təşkil etdiyi qəbul sınaqlarına buraxılırlar.
Əvvəllər bakalavr pilləsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan vətəndaşları üçün illik təhsil haqqı 1750 AZN, Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər bakalavr pilləsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış əcnəbilər, həmçinin vətəndaşlığı olmayan və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olmayan əcnəbilər üçün isə illik təhsil haqqı 1100 ş.v. (şərti vahid) təşkil edir.
DİM tərəfindən keçirilən imtahanlarda toplanan ballar qəbul sınaqlarında toplanan ballara əlavə edilmir, müsahibədən keçdikdən sonra bu yalnız Filialın keçirdiyi qəbul sınaqlarında iştirak hüququ verir və yekun nəticəyə təsir göstərmir.
Qəbulda iştirak edən bütün şəxslər qəbul sınaqlarında topladıqları ballar əsasında və qəbul planına uyğun olaraq ümumi müsabiqədə iştirak edirlər.
Qəbulda iştirak edən bütün şəxslər MDU-nun Bakı filialının bir fakültəsinə sənəd verə bilərlər. Fakültə seçimi DİM tərəfindən keçirilən imtahanlarda balların hansı ixtisas qrupunda toplanmasından asılı deyil.
Filologiya və ya İqtisadiyyat fakültələrinin bakalavr pilləsinə daxil olmaq istəyən şəxs bir fakültə çərçivəsində iki təhsil proqramı və ya iki istiqamət üzrə müsabiqədə iştirak edə bilər.
Bir fakültə çərçivəsində iki təhsil proqramı və ya iki istiqamət üzrə müsabiqədə iştirak edən şəxs sənədlərini təqdim edərkən proqram və ya istiqamətlərin siyahısını prioritet qaydada göstərməlidir (əvvəlcə üstünlük verilən istiqamət göstərilməlidir).
Proqram və ya istiqamətlərin ardıcıllığının prioritet qaydasını dəyişmək, həmçinin ərizəyə hər hansı bir dəyişiklik etmək birinci kursa sənəd qəbulunun son günündən gec olmayaraq mümkündür.
Daha çox üstünlük verdiyi təhsil proqramı və ya istiqamətində müsabiqədən keçmiş şəxs digər təhsil proqramlarının və ya istiqamətlərinin müsabiqəsindən kənarlaşdırılır. Daha çox üstünlük verdiyi təhsil proqramı və ya istiqamətində müsabiqədən keçmədiyi halda prioritetə əsasən, digər təhsil proqramı və ya istiqaməti üzrə olan ümumi müsabiqədə iştirak edir.
Bakalavr pilləsinə ərizə qəbulu elektron qaydada 13 iyun 2025-ci ildən 14 iyul 2025-ci ilədək keçiriləcək (qeydiyyat 12:00-da yekunlaşacaq). Ərizəni Filialın https://msu.edu.az saytında və yaxud DİM-in http://dim.gov.az/saytında vermək olar.
Miqrasiya Xidməti tərəfindən verilən daimi (seriya DYİ) və ya müvəqqəti yaşayış (seriya MYİ) haqqında sənədi olan xarici vətəndaşlar qeydiyyat zamanı bu sənədin seriya və nömrəsini göstərməlidirlər. Yuxarıda göstərilən sənədləri olmayan (FİN kodu olmayan) xarici vətəndaşlar elektron qeydiyyat sistemində xarici pasportun məlumatlarını göstərməli, Azərbaycan Respublikası vətəndaşlığı və Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin olmaması haqqında olan əllə yazılmış ərizəni yükləməli (msu.edu.az saytında nümunə verilmişdir) və eləcə də [email protected] ünvanına orta təhsil haqqında attestat və ya təhsili uğurla bitirmək haqqında məktəbdən arayış göndərməlidirlər (2025-ci ilin məzunlarının attestatı olmadıqda).
Müsahibənin keçirilmə formatı əyanidir (rus dilində). Müsahibə Bakı şəhəri, Binəqədi r-nu, Xocasən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında ( müsahibənin keçirilmə vaxtı: 18 iyul 12.00 (roman-german filologiyası, kimya və fizika fakültələri) və 21 iyul 12.00-da (rus dili və ədəbiyyatı, tətbiqi riyaziyyat və iqtisadiyyat fakültəsi), saat 10.00-da keçiriləcək imtahan məsləhət saatından sonra) olacaqdır. Müsahibədən keçməyən şəxslər qəbul imtahanına buraxılmır.
İmtahanların keçirilmə formatı əyanidir. İmtahanlar Binəqədi r-nu, Xocasən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında keçiriləcəkdir. Müsahibəyə və imtahanlara gələn şəxs özü ilə aşağıdakı sənədləri gətirməlidir:
- Şəxsiyyəti təsdiq edən sənəd;
- Elektron qeydiyyat sistemindən çap edilmiş və şəxsi imzalı buraxılış vərəqəsi.
Qəbulla bağlı bütün məlumatlar, o cümlədən sənəd qəbulunun müddəti, qəbul sınaqlarının tarixləri, həmçinin siyahılar MDU-nun Bakı Filialının https://msu.edu.az/ saytında və məlumat stendlərində yerləşdirilir.
Qəbul imtahanları aşağıdakı fənlər üzrə keçiriləcək:
Fakültə, istiqamət, təhsil proqramı |
Qəbul sınaqları |
Tarix |
|
050205 |
Filologiya fakültəsi |
||
İstiqamət “Filologiya” |
|||
Təhsil proqramı “Rus dili və ədəbiyyatı” |
Rus ədəbiyyatı (yazılı, inşa) |
22 iyul (10:00) |
|
Rus dili (yazılı, ifadə) |
25 iyul (10:00) |
||
Təhsil proqramı “Roman-german filologiyası” (ingilis, italyan) |
Xarici dil (yazılı) |
19 iyul (10:00) |
|
Rus ədəbiyyatı (yazılı, inşa) |
22 iyul (10:00) |
||
Rus dili (yazılı, ifadə) |
25 iyul (10:00) |
||
050511 |
Tətbiqi riyaziyyat fakültəsi |
||
İstiqamət “Tətbiqi riyaziyyat” |
Riyaziyyat (yazılı) |
22 iyul (10:00) |
|
Rus dili (yazılı, ifadə) |
25 iyul (10:00) |
||
050508 |
Kimya fakültəsi |
||
İstiqamət “Kimya” |
Kimya (yazılı) |
19 iyul (10:00) |
|
Riyaziyyat (yazılı) |
22 iyul (10:00) |
||
Rus dili (yazılı, ifadə) |
25 iyul (10:00) |
||
050405 |
İqtisadiyyat fakültəsi |
||
İstiqamət “İqtisadiyyat” |
Riyaziyyat (yazılı) |
22 iyul (10:00) |
|
Rus dili (yazılı, ifadə) |
25 iyul (10:00) |
||
050408 |
İstiqamət “Menecment” |
Riyaziyyat (yazılı) |
22 iyul (10:00) |
Rus dili (yazılı, ifadə) |
25 iyul (10:00) |
||
050505 |
Fizika fakültəsi |
||
İstiqamət “Fizika” |
Fizika (yazılı) |
19 iyul (10:00) |
|
Riyaziyyat (yazılı) |
22 iyul (10:00) |
||
Rus dili (yazılı, ifadə) |
25 iyul (10:00) |
Bakalavr proqramları üzrə təhsil üçün qəbul olmaq haqqında şəxsi ərizəyə qeydiyyatdan keçdikdən sonra müsahibədə iştirak üçün aşağıdakılar əlavə edilməlidir (sənədlər [email protected] elektron poçtuna göndərilməlidir):
- şəxsiyyət vəsiqəsinin surəti və onun notarius tərəfindən təsdiq edilmiş rus dilində tərcüməsi;
- ümumi orta təhsil, orta peşə təhsili və ya ali təhsil haqqında sənədin əsli və onun notarius tərəfindən təsdiq edilmiş rus dilində tərcüməsi;
- 3x4 ölçülü 4 ədəd fotoşəkil (6 aydan az müddət əvvəl çəkilmiş rəngli, başıaçıq, mat kağızda);
- xasiyyətnamə:
a) məzunlara-məktəbdən;
b) işləyənlərə-iş yerindən;
c) ordudan tərxis olunmuş şəxslərə-hərbi hissədən;
d) işləməyən şəxslərə-yaşayış yerindən;
- “ASAN xidmət” mərkəzlərindən məhkumluğun olmaması barədə arayış AR vətandaşları üçün (AR vətəndaşlığı olmayan şəxslər üçün — yaşayış yerindən);
- Hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (hərbi mükəlləfiyyətli şəxslər üçün).
Ulduzla işarələnmiş növbəti üç arayışı tədris ilinin əvvəlində “M.V.Lomonosov adına MDU-nun Bakı filialının yataqxanasında daxili nizam-intizam qaydalarına” uyğun olaraq yaşayış hüququna malik qəbul olunmuş tələbələr təqdim etməlidirlər. Arayışlar ödənişsizdir və mütləq şəkildə göstərilən ünvanlardan alınmalıdır:
- *Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda flüoroqrafiya müayinəsindən keçmə haqqında arayış. Ünvan: Bakı ş., Nizami r., M.Şərifli küç., 163;
- *Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən arayış. Ünvan: Bakı ş., Nərimanov r., İ. Hidayətzadə küç., 16;
- *Bakı Şəhər Narkoloji Mərkəzdən arayış. Ünvan: Bakı ş., Yasamal r., A.M. Şərifzadə küç., 229.
Aşağıdakı məlumata diqqət yetirilməsi xahiş olunur:
Filialın qəbul imtahanlarından keçə bilməyən abituriyentlər digər ali məktəblər üçün DİM tərəfindən keçirilən müsabiqədə iştirak edə bilərlər. Abituriyentlərin şəxsi işlərinin yaradılması zamanı Filial tərəfindən əlavə arayışlar da tələb oluna bilər. Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır və sonradan Azərbaycan Respublikasının digər ali məktəblərinə daxil olmaq üçün müsabiqədə iştirak etmirlər. Filialda təhsil prosesi M.V. Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir. Təhsil rus dilində, əyani və gündüzdür. Dərslər, əsasən, M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır. Filialın məzunlarına MDU-nun diplomu verilir. “Kimya” hazırlığı istiqaməti üzrə buraxılış kvalifikasiya işi MDU-nun kimya fakültəsində Moskva şəhərində yerinə yetirilir. “Filologiya” hazırlığı istiqaməti üzrə tələbələr üçün xaricdə yay dil təcrübəsi nəzərdə tutulmuşdur.
E-mail: [email protected]
Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob)