Bakı.Trend:
"Səbail"dən ayrılan Rüfət Abdullazadənin yeni klubu müəyyənləşib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 24 yaşlı yarımmüdafiəçi karyerasını "Varazdin"də (Xorvatiya) davam etdirəcək. Ölkənin əsas çempionatında mübarizə aparan "Varazdin" Rüfətlə 3 illik müqavilə imzalayıb.
Onun klubla danışıqları "Asadov Pro Bridge" agentliyinin rəhbəri Emin Əsədov tərəfindən aparılıb.