Bakı. Trend:
UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Trend xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə “Araz-Naxçıvan” və “Sabah”ın da potensial rəqibləri məlum olub.
Bakı təmsilçisi III təsnifat mərhələsini adlasa, AZ (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.
Naxçıvan klubu isə həmin mərhələni keçsə, Avropa Liqasında baş tutacaq PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.
İlk pley-off matçları avqustun 21-də, cavab görüşləri isə ayın 28-də təşkil olunacaq. olacaq. “Sabah” ilk oyununu evdə, “Araz-Naxçıvan” isə səfərdə keçirəcək.