Bakı. Trend:
“Omoniya” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Araz-Naxçıvan”la oyun üçün azarkeşlərini Bakıya gətirə bilməyəcək.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Komandamızı Azərbaycana daşıyacaq uçuş üçün tələb olunan bütün icazələr yalnız bu gün verildiyi üçün, təəssüf ki, azarkeşlərin təyyarəyə daxil edilməsinə vaxt yoxdur.
Bu, o deməkdir ki, oyunçularınmızı dəstəkləmək üçün Azərbaycanda komandamızla birgə azarkeşlərimiz olmayacaq”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, avqustun 7-də “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” - “Omoniya” matçı saat 20:00-da start götürəcək. Cavab oyunu 1 həftə sonra Kiprdə baş tutacaq.