...

Misli Premyer Liqa: X tura yekun vurulacaq

İdman Materials 3 Noyabr 2025 11:05 (UTC +04:00)
Misli Premyer Liqa: X tura yekun vurulacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün futbol üzrə Misli Premyer Liqasında X tura yekun vurulacaq.

Trend xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sabah” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq.

Bakı klubu hazırda turnir cədvəlində 15 xalla 6-cı, 5 xala malik bölgə təmsilçisi isə 10-cu sırada yer alıb.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" "İmişli"yə 2:0, "Zirə" "Karvan-Yevlax"a 3:2, "Neftçi" "Kəpəz"ə 5:1, "Turan Tovuz" "Şamaxı"ya 2:1, "Sumqayıt" isə "Araz-Naxçıvan"a 3:2 hesabı ilə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti