...

Azərbaycan cüdoçuları VI İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarını 9 medalla başa vurublar

İdman Materials 9 Noyabr 2025 23:48 (UTC +04:00)
Azərbaycan cüdoçuları VI İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarını 9 medalla başa vurublar

Bakı. Trend:

Azərbaycanın cüdoçusu Zelim Kotsoyev Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Trend xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən Z.Kotsoyev finalda misirli Ömər Əşrəf Cəmaləddinə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc mükafata sahib çıxıb.

Bununla da Azərbaycan cüdoçuları fərdi yarışları 9 medalla başa vurublar. Daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Südabə Ağayeva (70 kiloqram) qızıl, Könül Əliyeva (48 kiloqram) gümüş, Aytac Qardaşxanlı (70 kiloqram), Elcan Hacıyev (90 kiloqram), Aydan Vəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi noyabrın 10-da qarışıq komanda yarışında çıxış edəcək. Yığmamız 1/4 finalda Səudiyyə Ərəbistanı kollektivi ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti