Bakı. Trend:
Böyük Britaniyanın BBC yayım korporasiyasının baş direktoru Tim Deyvi ABŞ Prezidenti Donald Trampın çıxışının saxtalaşdırılması ilə bağlı yaranan qalmaqaldan sonra istefa verib.
Trend xəbər verir ki, bu barədə məlumatı korporasiyanın özü yayıb.
BBC-nin açıqlamasında bildirilib ki, qurumun xəbər bölməsinin rəhbəri Debora Terness də vəzifəsini tərk edib.
Xatırladaq ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitt BBC-nin Trampın 2021-ci ilin yanvarında Kapitoliyə hücumdan əvvəlki çıxışını təhrif etdiyini bəyan etmişdi. Onun sözlərinə görə, korporasiya ABŞ prezidentinin çıxışını bilərəkdən dəyişdirərək, sanki Trampın Kapitolidə baş verən iğtişaşları dəstəklədiyi təəssüratını yaradıb.