...

Zərif gimnastların Bakı birinciliyi başa çatdı (FOTO)

İdman Materials 1 Dekabr 2025 15:13 (UTC +04:00)
Zərif gimnastların Bakı birinciliyi başa çatdı (FOTO)

Bakı. Trend:

28-30 noyabr tarixlərində Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 30-cu Bakı çempionatı yekunlaşıb.

Bu barədə Trend-ə Gimnastika Federasiyasından məlum at verilib.

Üç gün davam edən yarışda “Ocaq Sport” Klubu, “Grasiya İdman” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdman Sarayı və Zirə Mədəniyyət Mərkəzinin gimnastları çıxış ediblər.

Çempionatda balacalar (2015, 2016, 2017-ci il), yeniyetmələr (2012, 2013, 2014-cü il) və gənclər (2010, 2011, 2009-cu il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar müxtəlif alətlərlə - lent, halqa, top və gürzlərlə öz performanslarını təqdim ediblər.

Yarışın ilk günündə təsnifat mərhələsi keçirilib. İkinci gündə balacalar və yeniyetmələr arasında müxtəlif alətlər üzrə qaliblər müəyyən olunub və mükafatlandırılıb. Sonuncu gündə isə yeniyetmələr və gənclər arasında final mərhələsi baş tutub. Final nəticələrinə əsasən, ən yüksək xal toplayan gimnastlar ilk üçlükdə qərarlaşıblar.

Qalib olan gimnastları təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq.

Yarışın nəticələriylə aşağıdakı linkdən tanış ola bilərsiniz:
Nəticələr

Məqalədə:
Xəbər lenti

Xəbər lenti