...

FHN buğda tədarükünün vaxtını uzadıb - qiymət qaldırıldı

İqtisadiyyat Materials 1 Sentyabr 2016 19:22 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı noyabrın 1-dək uzadılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmçinin yerli buğda istehsalçılarından keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 AZN-dən 270 AZN-ə qaldırılıb.

Qeyd edək ki, FHN-in Dövlət Material Ehtiyatları Agentliyi iyunun 21-də Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti