...

Sentyabrda BTC kəməri ilə 2,1 mln. ton Azərbaycan nefti nəql olunub

İqtisadiyyat Materials 7 Oktyabr 2016 14:58 (UTC +04:00)
Sentyabr ayında BTC kəməri ilə təxminən 2,1 milyon ton Azərbaycan nefti nəql olunub.
Sentyabrda BTC kəməri ilə 2,1 mln. ton Azərbaycan nefti nəql olunub

Bakı. Trend:

Sentyabr ayında BTC kəməri ilə təxminən 2,1 milyon ton Azərbaycan nefti nəql olunub.

Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

Sentyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 55 min 791 ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar- sentyabr aylarında bu kəmərlə 22 milyon 43 min 322 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən oktyabr ayının 1-ə qədər BTC-yə 314 milyon 915 min 856 ton neft vurulub.

Bundan başqa, sentyabr ayında BTC kəməri ilə 374 min 160 ton Türkmənistan nefti nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti