Özəl bölmənin inkişafına dövlət dəstəyinin gücləndirilməsi yerli məhsulların istehsalını artırıb (FOTO)

Özəl bölmənin inkişafına dövlət dəstəyinin gücləndirilməsi yerli məhsulların istehsalını artırıb  (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidentinin 5 oktyabr 2016-cı il tarixli fərmanında nəzərdə tutulan ixracın stimullaşdırılmasına dair dəstək mexanizmlərinin reallaşdırılması üçün 1 qayda və 4 meyar olmaqla 5 sənəd artıq təsdiq olunub, ilkin olaraq ixrac missiyalarının təşkil edilməsi, beynəlxalq sərgi və yarmarkalarda “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı meyar və prosedurlar müəyyənləşdirilib.

Trend xəbər verir ki, bu barədə bu gün Bakı Biznes Mərkəzində 150-ə yaxın ixracatçı şirkətin iştirakı ilə keçirilmiş “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib. Vurğulanıb ki, ikin olaraq, ixrac missiyalarının Avropa İttifaqı, MDB, Körfəz və Ərəb ölkələrinə, eləcə də Çin, Yaponiya, Malaziya və s. ölkələrə təşkili nəzərdə tutulur. Noyabr ayında Çinə (Honq Konq və Quançjou) ilk ixrac missiyası təşkil olunacaq və bu missiyanın təşkili əsasən Azərbaycan şərabını bu ölkədə təbliğ edəcək. 2016-cı ilin noyabrında Çində keçiriləcək Beynəlxalq Şərab Sərgisində, gələn il isə Almaniyada təşkil olunacaq “Yaşıl həftə”də, Dubay Ərzaq, Düsseldorf Şərab, Moskva Kənd Təsərrüfatı sərgilərində Azərbaycan stendinin təşkili nəzərdə tutulur. Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində “Made in Azerbaijan” brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğı planlaşdırılır. İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın və Fransanın tanınmış mağazalar şəbəkələrində, SOCAR-ın bir sıra ölkələrdəki yanacaqdoldurma məntəqələrindəki mağazalarında, xaricdə fəaliyyət göstərən Azərbaycan evlərində və mərkəzlərində “Made in Azerbaijan” rəflərinin yaradılması nəzərdə tutulur. Bundan başqa, Azərbaycanın bir sıra kənd təsərrüfatı və sənaye məhsullarının Avropa İttifaqı, Orta Asiya və Ərəb ölkələrinə ixracı üçün bazar araşdırmaları aparılacaq.

Konfransda nazir Şahin Mustafayev həmçinin, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müstəqilliyimizin bərpa olunmasından ötən 25 il ərzində iqtisadi sahədə əldə olunan uğurları və əsas iqtisadi göstəriciləri diqqətə çatdırıb, qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın diversifikasiyasının və ixracın genişləndirilməsinin prioritet olduğunu qeyd edib. Bu istiqamətdə həyata keçirilən ardıcıl və sistemli iqtisadi islahatlar barədə məlumat verən Ş.Mustafayev görülmüş tədbirlər nəticəsində lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirildiyini, sahibkarlıq subyektlərində aparılan yoxlamaların sayının xeyli dərəcədə azaldığını və 2016-cı ildə cəmi 50 yoxlama keçirildiyini (müqayisə üçün 2015-ci ildə belə yoxlamaların sayı 50 mindən çox olub) qeyd edib. İndiyədək sahibkarlara 62 investisiya təşviqi sənədi verilib, hazırda bu sahədə 9 layihəyə baxılır. Ümumilikdə son 5 ayda verilmiş və baxılmaqda olan bu cür investisiya layihələri üzrə 800 mln. manatdan çox sərmayə qoyuluşu həyata keçiriləcək. Bu günədək sahibkarların 32 min investisiya layihələrinin maliyyələşdirilməsinə 2 mlrd. manat həcmində güzəştli kredit verilib.

Yerli istehsalın dəstəklənməsi və ixracın genişləndirilməsi istiqamətində görülən işlər barədə danışan nazir Şahin Mustafayev bildirib ki, son illərdə özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsullar istehsalını artırıb, ixrac imkanlarını genişləndirib. Bununla belə, sahibkarlığın inkişafı məqsədilə son dövrlərdə atılan addımlar, sənaye zonalarının, aqroparkların yaradılması işlərinin intensivləşdirilməsi, özünütəminetmə səviyyəsi yüksək olan bir sıra məhsullar üzrə idxal gömrük rüsumlarının artırılması, dövlət satınalmalarında yerli şirkətlərə üstünlük verilməsi, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanunun qəbulu yerli istehsalın artırılmasına, ixracın genişləndirilməsinə əlavə stimul yaradıb.

Görülmüş tədbirlər nəticəsində 2016-cı ilin 9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr 18%, ixrac olunan məhsul çeşidləri isə 12% artıb. Bu dövrdə qeyri-neft məhsulları ixracı 844 mln. ABŞ dolları olub. Qeyri-neft ixracının 54%-i MDB üzvü olan dövlətlər və Gürcüstanın, 36%-i Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 11%-i isə digər ölkələrin payına düşür. Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, Azərbaycan mənşəli məhsullara veriləcək ixrac təşviqi, İxracatçılar Klubunun və ixtisaslaşmış assosiasiyaların (şərab, nar, meyvə-tərəvəz və s.) yaradılması, bu gün təqdimatı keçiriləcək ixrac portalı ixracın stimullaşdırıımasında əhəmiyyətli rol oynayacaq. Nazir Şahin Mustafayev dəstək tədbirlərindən faydalanmaq və ixracı genişləndirmək məqsədilə yerli şirkətlərə keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac departamentlərinin yaradılması, ixrac portalında məlumatların yerləşdirilməsi, AZPROMO ilə sıx əməkdaşlıq və İxracatçılar Klubunda fəal iştirakı tövsiyə edib.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların, o cümlədən sahibkarlığın inkişafı, daxili bazarın qorunması və ixracın stimullaşdırılması tədbirlərinin iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi və qeyri-neft məhsullarının ixracının artırılmasında əhəmiyyətini vurğulayıb.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov qeyri-neft sektorunun əsas sahələrindən olan kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin və məşğulluğun təmin olunması, daxili tələbatın ödənilməsi sahəsində əhəmiyyətini qeyd edib, aqrar sektorun geniş ixrac imkanlarına malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ölkəmiz hazırda bir sıra kənd təsərrüfatı məhsulları üzrə özünü təmin edir, meyvə-tərəvəz məhsulları, şərablar, şirələr və s. xarici ölkələrə ixrac edilir. Bununla belə, əlverişli torpaq-iqlim şəraiti, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün tətbiq olunan güzəştlər, yaradılmış müasir infrastruktur daha çox kənd təsərrüfatı məhsullarının ixracına geniş imkan yaradır. Qeyd edilib ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən diqqət və qayğı həmin məsulların istehsalının və ixracının artırılmasına əlavə stimul yaradır.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov gömrük prosedurlarının sadələşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı daşıma proseslərinin asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib, ixrac üçün lazım olan sənədləri və rəsmiləşdirmə prosedurlarını diqqətə çatdırıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev müvafiq sahədə görülən işlər, qanunvericilik və prosedurlar barədə danışıb, görülən tədbirlərin ixracın genişləndirilməsində əhəmiyyətini qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov yeni iqtisadi şəraitdə iqtisadi artımın təmin olunmasında ixracın stimullaşdırılmasının önəmini qeyd edib. Təhsil xidmətlərinin ixracı barədə danışan Ədalət Muradov İqtisad Universitetinin UNEC brendi ilə dünya bazarına çıxdığını, universitetin dünyanın nüfuzlu ali təhsill müəssisələri ilə əməkdaşlıq etdiyini bildirib, müasir çağırışlara cavab verən kadrların hazırlanmasına dair təkliflər səsləndirib.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyri-neft sektorunun inkişafında və ixracın stimullaşdırılmasında sahibkarların rolunu qeyd edib, son dövrlərdə sahibkarlığın inkişafı istiqamətində görülən tədbirlərin özəl sektor tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ixracın stimullaşdırılmasına dair dəstək mexanizmləri və yeni yaradılan İxrac portalı barədə təqdimatla çıxış edib. Bildirilib ki, www.export.az portalında ixrac məhsulları və şirkətlər, ixraca verilən sertifikatlar, hədəf bazarlar və s. məlumatları əldə etmək mümkün olacaq. 3 dildə fəaliyyət göstərəcək saytda asan axtarış və qeydiyyat sistemi mövcuddur.

Bu il Şəki rayonunda 3 min tondan çox quru tütün istehsal edilib
Bu il Şəki rayonunda 3 min tondan çox quru tütün istehsal edilib
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycanda avtomobil istehsalı artıb
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Azərbaycanda ilin sonunadək bal qiymətləri ucuzlaşa bilər
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər
Oktyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Qırğızıstanın sabiq prezidenti aclıq aksiyasına başlayıb
Prezident İlham Əliyev: Biz həm döyüş meydanında, həm də siyasi müstəvidə özümüzü təsdiqləmişik
Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir - Kamaləddin Qafarov
Daşkəsən meşəsində yanğın davam edir - FHN (FOTO)
Həmsədrlər də, Ermənistan da Azərbaycan Prezidentinin haqlı iradlarından nəticə çıxarmalıdır - Könül Nurullayeva
Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi (FOTO)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır (FOTO/VİDEO)
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO)
Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibələr keçirilir
Prezident İlham Əliyev: Əgər ermənilər özləri öz canlarını bu xuntadan qurtara bilmirsə, biz onlara kömək edəcəyik
Qubada yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb
Əsgərdən məktub var (VİDEO)
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN
Azərbaycanda 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib
Ermənistan Ağdamda məktəbi atəşə tutub (FOTO)
Prezident İlham Əliyev: Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik, fərq etməz
Ərdoğan Fransa məhsullarını boykot etməyə çağırdı
Düşmənin növbəti informasiya təxribatı
Diplomatiya adı altında işğalı davam etdirməyə çalışanların cəhdləri boşa çıxacaq - İbrahim Kalın
Tərtər şəhəri atəşə tutulub
Prezident İlham Əliyev Qubadlı şəhərinin və bir neçə kəndin azad olunmasında fərqlənmiş komandirləri təbrik edib
Prezident İlham Əliyev: Azərbaycan xalqı bu haqsızlığı unutmayacaq
Ermənistan hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb (VİDEO)
Heç vaxt münaqişənin yenidən dondurulmasına imkan verilməyəcək - Bəhruz Quliyev
Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq
Azərbaycan dinc yolla icra olunmayan beynəlxalq qətnamələri hərbi yolla özü icra edir - Hərbi konfliktoloq
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi kəskin mərhələdədir - Peskov
Azərbaycan Prezidenti: Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun
Ermənistan Makronun İslamla bağlı kursunu tam dəstəklədiyini ifadə edib
Azərbaycan Prezidenti: Əgər atəşkəs davam edəcəksə və məsələ yenə də dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz
Ağcabədi rayonu yenidən atəşə tutulub
Ermənistanın "feyk" müharibəsi: Azərbaycan tərəfindən döyüşdüyü deyilən muzdlular elə Ermənistanın öz hərbçiləridir
Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir
İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Biz yeni bir reallıq yaratmışıq, indi hər kəs bu reallıqla hesablaşmalıdır
Ermənilər işğal altındakı kəhrizlərə partlayıcı maddələr və meyitləri atıblar - İnstitut direktoru
Prezident İlham Əliyev: Bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi, ilk növbədə Ermənistanı qane edirdi
Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı
Makronun islamofobiya ilə bağlı ağılsız açıqlamaları onun siyasətdə təcrübəsiz olduğunu göstərir - İranlı rəsmi
ADU-nun erməni terroru haqqında beynəlxalq təşkilatlara yazdığı məktublara cavablar gəlməkdədir
Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib
Azərbaycanın bütün xalqı birləşib və qələbə qazanacaq - Rus icmasının rəhbəri
Prezident İlham Əliyev: Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı
Biz sizi düşməndən qoruyaq, siz də maska taxmaqla hər birimizi! - Azərbaycan əsgəri (VİDEO)
Makronun islamofob açıqlamaları müsəlmanların qətlinə təhrikçilikdir - Livanlı vəkil
Erməni təxribatları nəticəsində ölən mülki şəxslərin sayı 65-ə çatdı - Prokurorluq
ATU-nun tələbələri Gazi Universitetində online dərslərə qoşulurlar (FOTO)
Bakı-Quba yolunun Sumqayıt hissəsi təmir olunur (FOTO)
Pakistan Fransaya etiraz notası verib
Azərbaycan Prezidenti: Bolşevik inqilabından sonra Dağlıq Qarabağın Ermənistana verilməsi təhlükəsi var idi
Beynəlxalq aləm Ermənistanın mülki əhalini qətlə yetirməsi ilə bağlı mövqe nümayiş etdirmir - Deputat
Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi
Ermənistan heç zaman sülh tərəfdarı olmayıb - Sevil Mikayılova "TRT World" telekanalına müsahibə verib (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
Artıq dünya birliyi Azərbaycanın gücünü qəbul edir - Naqif Həmzəyev
Karantini pozaraq məclis təşkil edən ev sahibi və qonaqları cərimələndi (FOTO)
Prezident xalqa müraciətində Qarabağın tarixi torpağımız olduğunu dünyaya necə sübut etdiyindən danışıb
Ermənistanın Azərbaycanla sərhəddə rusiyalı hərbçilərin səhra düşərgəsi salması barədə məlumatları feyk oldu
Xudafərin körpüsünün yaxınlığında xüsusi iqtisadi zona yaratmaq olar - Ekspert
Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçirib (FOTO)
Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik
Prezident İlham Əliyev Zəngilan, Qubadlı, Cəbrayılın azad edilmiş kəndlərinin adlarını açıqlayıb
Dmitri Solntsev 2-ci Şəhidlər Xiyabanında dəfn olunub (FOTO) (ƏLAVƏ OLUNUB 3)
Dayım döyüşlərdə şücaəti ilə seçilib, mən də vətən üçün canımdan keçməyə hazıram - Şəhid Dmitri Solntsevin bacısı oğlu
“İctimai Liderlər Platforması” ABŞ, Rusiya və Fransa prezidentlərinə müraciət ünvanlayıb
Koronavirusa yoluxan bəzi cavanlar əsl infeksiya mənbəyi olurlar - TƏBİB xəbərdarlıq edir
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Ermənistan ordu sıralarını doldurmaq üçün adam tapa bilmir - Deputat
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Post-konflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək - Vüsal Qasımlı
Ağcabədi rayonu atəşə tutulub - MN
Azərbaycanda BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb (FOTO)
Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır - MN
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir - MN
Tehran erməni qoşunlarının İran-Azərbaycan sərhədinə yaxınlaşacağı təqdirdə Ermənistan ərazisini atəşə tutmağa hazırdır - Mənbələr
İlahiyyat İnstitutunun kollektivi və tələbələri “Əsgərə məktub online” layihəsinə qoşulub
Cəlilabadda qanunsuz at əti aşkarlanıb
Floridada Gəncədəki terror aktlarına etiraz aksiyası keçirilib (FOTO)
Pərvin Kərimzadə: Ermənistan məğlubiyyəti ilə barışmalıdır
Əslində humanitar atəşkəs Ermənistana vaxt qazanmaq üçün lazımdır – Deputat
Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı üçün işlər aparılır (FOTO)
Ermənistan işğal olunmuş ərazilərimizdəki maddi-mədəniyyət abidələrini məqsədli şəkildə yerlə yeksan edib - Akademik
“Rabitəbank” şəhid hərbçilərin və həlak olan mülki şəxslərin borcunu siləcək
Prezidentə yazırlar: Bu qələbəni Azərbaycan xalqına Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır
Qubadlının təhsil statistikası açıqlanıb - FOTO
Qardaşım döyüşlərə könüllü qatılıb - Şəhid bacısı
Erməni hərbçilərinin iclas keçirdiyi uşaq bağçasının yeri məlum olub (FOTO)
Ermənistanda koronavirusa yoluxanların sayı 78 mini keçib
Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb
Düşmənin "şəhid əməliyyatı": kim, necə və nə üçün hazırlayıb? (TƏFƏRRÜATLAR)
“4S” şirkətinin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 25 000 AZN köçürüb (FOTO)
Ermənistanın mülki əhaliyə hücumu nəticəsində bugünədək 65 nəfər həlak olub
Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti
Azərbaycandan mülki erməni əhalisinə müraciət
Atəşkəs üçün yalvaran Paşinyandan niyə soruşmurlar ki, xaricdən silahları nə üçün daşıyırsan? - Deputat
Prezidentin köməkçisi: Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur
Rusiyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri ötüb
Bakıda şəhid və Milli Qəhrəman adı daşıyan məktəblərin sayı açıqlandı (FOTO)
Bütün xəbərlər