"Finex Kredit BOKT" istiqrazları qeydiyyata alınıb

İqtisadiyyat Materials 2 Noyabr 2016 10:25 (UTC +04:00)

Bakı. Trend:

Oktyabrın 20-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Finex Kredit BOKT” ASC-nin hər birinin nominal dəyəri 500 (beş yüz) manat olan 200 (iki yüz) ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı AZ2007019246 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Palatadan Trend-ə verilən məlumata görə, istiqrazların tədavül müddəti 576 gün, illik gəlirlik dərəcəsi isə 17%-dir. İstiqrazlar qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti