Bakı. Maksim Tsurkov - Trend:
Cibuti Mülki Aviasiya Administrasiyanın nümayəndə heyəti ilə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndələri arasında fevralın 24-ü Bakıda danışıqlar keçirilib.
Trend-in məlumatına görə, görüşün yekununda AZAL prezidenti Cahangir Əsgərov və Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusif "Azərbaycan Hökuməti ilə Cibuti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" imzalayıblar.
Sazişə əsasən iki ölkə arasında daimi sərnişin və yükl daşımaları həyata keçiriləcək.