...

Riqada Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat Materials 24 May 2017 16:13 (UTC +04:00)
Riqada Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
Riqada Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı. Anaxanım Hidayətova - Trend:

Riqada Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Trend-in məlumatına görə, bununla bağlı Azərbaycanın Latviyadakı səfirliyinin rəsmi səhfəsində məlumat yerıəşdirilib.

Səfir Cavanşir Axundov Latviyada fəaliyyət göstərən azərbaycanlı sahibkarlarla görüş keçirib. Görüş zamanı, Azərbaycanla Latviya arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və əmtəə dövriyyəsinin həcminin artırılması məsələləri müzakirə olunub. Azərbaycanla Latviya arasında siyasi dialoqun yüksək səviyyəsi barədə məlumat verən səfir vurğulayıb ki, ötən il ikitərəfli münasibətlər üçün siyasi baxımdan uğurlu olub. O qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın da bu cür yüksək səviyyədə olması arzu edilir. Səfir azərbaycanlı sahibkarların diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əlverişli investisiya şəraiti yaradılıb, biznesin inkişafına mane olan bürokratik əngəllərin azaldılması üçün əlavə addımlar atılır.

Diplomat iqtisadi əlaqələri genişləndirmək və iki ölkə arasında əmtəə dövriyyəsini artırmaq imkanı yarada biləcək bir neçə layihənin, o cümlədən “ZUBR” konteyner qatarı layihəsinin adını çəkib.

Azərbaycanlı sahibkarlar da öz növbəsində, iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları barədə təkliflər söyləyiblər. Xüsusi olaraq qeyd edilib ki, Azərbaycanla Latviya arasında daimi birbaşa aviareys açılması, heç şübhəsiz, bu məsələdə birinci dərəcəli rol oynayacaq. Azərbaycanlı biznesmenlər Riqada Ticarət Evi açılmasının məqsədəuyğunluğunu vurğulayaraq bildiriblər ki, bu Azərbaycandan Latviyaya ixracı artırmağa imkan verəcək. Görüşdə Latviyadakı Azərbaycan diasporunun fəaliyyətini canlandırmaq məsələləri də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti