...

167 çoxmərtəbəli bina qazlaşdırılıb

İqtisadiyyat Materials 5 İyun 2017 12:22 (UTC +04:00)

Bakı. Trend:

167 çoxmərtəbəli binaya təbii qaz verilib.

Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

2017-cı ilin yanvar-may ayları ərzində “Azəriqaz” İB-də hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 167 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu, 8982 mənzili əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti