...

"Neft Daşları"nda yeni quyu qazılır

İqtisadiyyat Materials 7 Avqust 2017 11:13 (UTC +04:00)

Bakı. Trend:

“Neft Daşları” yatağında 1637A nömrəli estakadayanı meydançadan 2648 nömrəli quyuda qazma işləri davam etdirilir.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1770 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti