...

"Qərbi Abşeron" yatağında yeni quyu qazılır

İqtisadiyyat Materials 10 Avqust 2017 11:32 (UTC +04:00)
"Qərbi Abşeron" yatağında yeni quyu qazılır

Bakı. Trend:

“Qərbi Abşeron” yatağında 54 nömrəli stasionar dəniz özülündən 36 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 770 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti