Qadın rezidentlərin seçilməsi üçün müsabiqə elan olunub

Qadın rezidentlərin seçilməsi üçün müsabiqə elan olunub

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün qadın iştirakçılarının (rezidentlərinin) seçilməsi məqsədilə müsabiqə elan edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qadın iştirakçılardan ibarət biznes inkubator qrupunun seçilməsinin başlıca məqsədi Aran iqtisadi rayonunda yaşayan təşəbbüskar qadınların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsindən, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən, yeni biznes və məşğulluq imkanlarının yaradılmasından, qadın sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir.

Biznes inkubatorun fəaliyyətinin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan təşəbbüskar qadınlara, habelə kiçik sahibkarlıq subyektlərinə fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahənin ayrılmasını və onlara aşağıdakı xidmətlərin göstərilməsini təmin etməkdən ibarətdir:

Biznes inkubator iştirakçılarının sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə sistemli və davamlı maarifləndirmə tədbirlərinin keçirilməsi;
təsis sənədlərinin hazırlanmasında və sahibkarlıq subyekti kimi qeydiyyatında köməkliyin göstərilməsi;
investisiya layihələrinin, biznes planların hazırlanmasında metodiki köməkliyin göstərilməsi;
vergi, mühasibat uçotu, hüquqi yardım, sahibkarlığın inkişafı və s. sahələr üzrə sistemli və davamlı konsaltinq və informasiya xidmətlərinin göstərilməsi;
marketinq fəaliyyətinin, həmçinin sərgilərin təşkili və keçirilməsində metodiki köməkliyin göstərilməsi;
investorların axtarılmasında və potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulmasında köməkliyin göstərilməsi;
inzibati və hüquqi məsələlərin həllində köməkliyin göstərilməsi;
informasiya resurslarına çıxışın təmin edilməsi;
elektron xidmətlərin tətbiqi barədə məlumatlandırma və istifadə imkanlarının yaradılması və s.

Müsabiqənin təşkilinin məqsədi namizədlər arasında biznesin təşkili və idarə edilməsi, işgüzar əlaqələrin yaradılması sahəsində bilik səviyyəsinin, praktiki bacarıqlarının, ümumi dünyagörüşünün və zəruri olan digər keyfiyyətlərinin müəyyən edilməsi, biznes ideyaların, biznes planların, biznesin yaradılması və təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsidir.

Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində keçiriləcəkdir.

Müsabiqədə Aran iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidir:

müsabiqədə iştirak etmək haqqında ərizə;
şəxsiyyəti təsdiq edən sənədin surəti;
müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin surəti (mövcud olduğu halda);
əmək kitabçasının surəti (mövcud olduğu halda);
fərdi sahibkar və ya hüquqi şəxs kimi vergi orqanlarında qeydiyyata alınmasına dair şəhadətnamənin surəti (mövcud olduğu halda);
biznes plan və ya biznes ideyanın təsviri.

Sənədlər müsabiqə haqqında rəsmi elan dərc edildiyi gündən 1 ay müddətində qəbul olunur.

Sənədlər aşağıdakı ünvanda qəbul ediləcəkdir: Yevlax şəhəri, Bakı prospekti, 5, 3-cü mərtəbə. Bakı Biznes Tədris Mərkəzinin Yevlax nümayəndəliyi.

Sənədlərin qəbulu üzrə məsul şəxs Bakı Biznes Tədris Mərkəzinin Yevlax nümayəndəliyinin rəhbəri Rəşad Abbasovdur. Tel: (02233) 7 - 82 - 85; mob.: (055) 227 - 30 – 23; e-mail:reshad.abbasov@bbtc.gov.az.

Daha ətraflı məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəh.,A.M.Şərifzadə küçəsi, 172, 5-ci mərtəbə, otaq 402, Bakı Biznes Tədris Mərkəzinin Regionlarla iş və əlaqələndirmə şöbəsi. Tel: (012) 430-93-22, 430-36-86 (131), e-mail: info@bbtc.gov.az, web: www.bbtc.gov.az.

Eyni zamanda, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi də Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün qadın iştirakçılarının (rezidentlərinin) seçilməsi məqsədilə müsabiqə elan edib.

Bildirilir ki, qadın iştirakçılardan ibarət biznes inkubator qrupunun seçilməsinin başlıca məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda yaşayan təşəbbüskar qadınların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsindən, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən, yeni biznes və məşğulluq imkanlarının yaradılmasından, qadın sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir.

Biznes inkubatorun fəaliyyətinin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan təşəbbüskar qadınlara, habelə kiçik sahibkarlıq subyektlərinə fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahənin ayrılmasını və onlara aşağıdakı xidmətlərin göstərilməsini təmin etməkdən ibarətdir:

  • Biznes inkubator iştirakçılarının sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə sistemli və davamlı maarifləndirmə tədbirlərinin keçirilməsi;
  • təsis sənədlərinin hazırlanmasında və sahibkarlıq subyekti kimi qeydiyyatında köməkliyin göstərilməsi;
  • investisiya layihələrinin, biznes planların hazırlanmasında metodiki köməkliyin göstərilməsi;
  • vergi, mühasibat uçotu, hüquqi yardım, sahibkarlığın inkişafı və s. sahələr üzrə sistemli və davamlı konsaltinq və informasiya xidmətlərinin göstərilməsi;
  • marketinq fəaliyyətinin, həmçinin sərgilərin təşkili və keçirilməsində metodiki köməkliyin göstərilməsi;
  • investorların axtarılmasında və potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulmasında köməkliyin göstərilməsi;
  • inzibati və hüquqi məsələlərin həllində köməkliyin göstərilməsi;
  • informasiya resurslarına çıxışın təmin edilməsi;
  • elektron xidmətlərin tətbiqi barədə məlumatlandırma və istifadə imkanlarının yaradılması və s.

Müsabiqənin təşkilinin məqsədi namizədlər arasında biznesin təşkili və idarə edilməsi, işgüzar əlaqələrin yaradılması sahəsində bilik səviyyəsinin, praktiki bacarıqlarının, ümumi dünyagörüşünün və zəruri olan digər keyfiyyətlərinin müəyyən edilməsi, biznes ideyaların, biznes planların, biznesin yaradılması və təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsidir.

Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində keçiriləcəkdir.

Müsabiqədə Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidir:

  • müsabiqədə iştirak etmək haqqında ərizə;
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin surəti (mövcud olduğu halda);
  • əmək kitabçasının surəti (mövcud olduğu halda);
  • fərdi sahibkar və ya hüquqi şəxs kimi vergi orqanlarında qeydiyyata alınmasına dair şəhadətnamənin surəti (mövcud olduğu halda);
  • biznes plan və ya biznes ideyanın təsviri.

Sənədlər müsabiqə haqqında rəsmi elan dərc edildiyi gündən 1 ay müddətində qəbul olunur.

Sənədlər aşağıdakı ünvanda qəbul ediləcək: Xaçmaz şəhəri, Bakı prospekti, 45, 4-cü mərtəbə, otaq 1, Bakı Biznes Tədris Mərkəzinin Xaçmaz nümayəndəliyi.

Sənədlərin qəbulu üzrə məsul şəxs Bakı Biznes Tədris Mərkəzinin Xaçmaz nümayəndəliyinin rəhbəri Polad Seyfəddinovdur. Tel: (02332) 6-83-12, (055) 227-22-96, e-mail: polad.seyfeddinov@bbtc.gov.az.

Daha ətraflı məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz: Bakı şəh.,A.M.Şərifzadə küçəsi, 172, 5-ci mərtəbə, otaq 402, Bakı Biznes Tədris Mərkəzinin Regionlarla iş və əlaqələndirmə şöbəsi. Tel: (012) 430-93-22, 430-36-86 (131), e-mail: info@bbtc.gov.az, web: www.bbtc.gov.az.

Çində koronavirusdan ölənlərin sayı 2663 nəfərə çatıb
Çində koronavirusdan ölənlərin sayı 2663 nəfərə çatıb
Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib
Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib
Avropa Gənclər Mərkəzində Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)
Avropa Gənclər Mərkəzində Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)
Loading Bars
Xəbər lenti
VİSA: Azərbaycan maliyyə bazarlarında innovasiyalar üçün ən açıq ölkələrdən biridir
Baronessa Nikolson: Azərbaycan və Böyük Britaniya energetika sahəsində gələcək əməkdaşlıq üçün böyük perspektivlərə malikdir
Blumberq təbliğat kampaniyasına 500 milyon dollardan çox vəsait xərclədi
ABŞ Çin jurnalistlərini ölkədən çıxarır
Çində koronavirusdan ölənlərin sayı 2663 nəfərə çatıb
Peruda iki avtobusun toqquşması nəticəsində 11 nəfər öldü
Çinin Honor brendi yeni texnologiyalarını onlayn təqdim edib
“Liverpul” “Vest Ham” komandasını məğlub etdi
ABŞ Venesuelanın neft sektoruna qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir
Çindən kənarda koronavirusa yoluxanların sayı 2000-i keçdi
Fransada koronavirusa yoluxmuş bütün xəstələr müalicə edilib
Türkiyə və Böyük Britaniya Müdafiə Nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər
Tovuzda mərmi tapıldı
Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur
Azərbaycan və İtaliya arasında qarşılıqlı turist axını gücləndiriləcək
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan İdman Jurnalistləri Federasiyası ilə Azərbaycan Milli Karate Federasiyası arasında memorandum imzalanıb (FOTO)
Səfirlik: Sərhəd problemindən Naxçıvanın zərər görməməsi üçün tədbirlər görülür
MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı
ABŞ səfirliyi ingilis dili orfoqrafiyasına dair ümummilli müsabiqə keçirib (FOTO)
117 saylı Oğuz-Qəbələ seçki dairəsinin 3 məntəqəsində nəticələr ləğv olundu
İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib - Türkiyəli diplomat
Ombudsman məcburi köçkün qadınların hüquqlarının təmini məsələsinə həsr edilmiş beynəlxalq konfransda çıxış edib (FOTO)
İrandan gələn daha iki nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirildi
Sumqayıtda marşrut avtobuslarında pulsuz Wi-Fi quraşdırıldı
MSK daha bir məntəqə üzrə nəticələri etibarsız saydı
Azərbaycanla ticarət dövriyyəsinin artırılması Türkiyə üçün prioritetdir - Ticarət Nazirliyi
Yasamal Birinci Seçki Dairəsində 4 məntəqə üzrə seçkinin nəticələri ləğv edildi
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayıb
Sumqayıt İkinci Seçki Dairəsinin 2 məntəqəsində nəticələr etibarsız sayıldı
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir (FOTO)
MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı
Məzahir Pənahov: MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar
MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı
Hikmət Babaoğlu: Azərbaycan multikultural və tolerant dəyərlərə söykənərək yeni keyfiyyət platformaları yaradır
“Ulduz” şokolad festivalında iştirak edib (FOTO/VİDEO)
Avropa Gənclər Mərkəzində Xocalı faciəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (FOTO)
YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib (FOTO)
MSK daha bir məntəqədə səsvermənin nəticəsini ləğv etdi
Abşeronda 64 yaşlı qadın dənizdə batıb
İki seçki məntəqəsinin komissiyaları nəzarətə götürülüb - Məzahir Pənahov
Prezident İlham Əliyev Küveyt Əmirini təbrik edib
Bakı Limanı sosial media hesablarının idarəolunması xidmətlərin satınalması üzrə açıq müsabiqə elanının vaxtını uzadıb
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Səbail rayonunda hesabat yığıncağı keçirilib (FOTO)
MSK daha bir məntəqədə səsvermənin nəticəsini etibarsız sayıb
Daha bir məntəqədə səsvermənin nəticəsi ləğv edildi
Sabirabad Birinci Seçki Dairəsi üzrə bir məntəqədə nəticə etibarsız sayıldı
Tovuz-Qazax-Ağstafa seçki dairəsində bir məntəqədə nəticə ləğv edildi
Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib
Bülletenləri korlayan məntəqə seçki komissiyaları cəzalandırılmalıdır - Məzahir Pənahov
Koronavirusa görə xəstəxanaya yerləşdirilənlərlə bağlı RƏSMİ AÇIQLAMA
Fevralın 25-nə manatın məzənnəsi
Dövlət qurumlarının rəsmiləri İranla sərhəd buraxılış məntəqələrində (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Azərbaycan Universitetində Xocalı soyqırımı anılıb (FOTO)
MSK iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi
Bakı polisi vətəndaşın həyatına qəsdlə bağlı iddiaları araşdırıb
İran qonşu ölkələrlə sərhədlərini müvəqqəti bağlayıb - RƏSMİ
Bölgələrdə yeni peşə tədrisi mərkəzləri yaradılır
MSK-nın seçkilərlə bağlı iclası başladı
Nazirlər Kabineti koronavirusa qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü
Energetika naziri Salyanda vətəndaşları qəbul edəcək
Ötən gün yol qəzalarında 5 nəfər ölüb
“Yüksəliş” müsabiqəsinin Qabiliyyət imtahanı üzrə tanışlıq testi keçirilib
ETSN-də ictimai dinləmə keçiriləcək
Sabir İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Artur Rasi-zadəni ordenlə təltif edib
Tahir Rzayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev İsrafil Qurbanovu ordenlə təltif edib
İrandan gələn iki nəfər koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi (ÖZƏL)
KOB İnkişaf Mərkəzində qazanılmış biliklər praktikada təcrübədən keçirilir
Azərbaycan cüdoçuları Almaniyada 4 medal qazanıb (FOTO)
Avtomobilini yol ayırıcısına vuran sürücü öldü
Azərbaycan İlahiyyat İnstitutunda “Xüsusi təyinatlı İbad” filmi nümayiş olunub (FOTO)
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Yelo Bank içməli su təchizatına dair tender elan edir
Biləsuvar və Astara sərhədlərində təcili tibbi yardım hazır vəziyyətə gətirilib - RƏSMİ
BSU-da tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunmuş konfrans keçirilib (FOTO)
“AzerGold”un sahələrindəki kəşfiyyat qiymətli metalların 20 dəfədən çox artımını müəyyən edib
Unibank-ın təqaüdçülər kampaniyası davam edir
Elxan Ələsgərov: Paşinyanın "Mənim addımım" bloku və Ermənistanda çiçəklənən faşizm
Naqif Həmzəyev: Prezidentin İtaliya səfəri ikitərəfli əlaqələrin inkişafına yeni baxış oldu
Cahangir Əsgərov: Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq
“FINCA Azerbaijan” Balakən və Tovuz filiallarının rəsmi açılışını etdi (FOTO)
Britaniya səfiri şimal bölgəsinə səfər edib (FOTO)
İranda daha 18 nəfər yeni koronavirusa yoluxub
Naxçıvan Ali Məclisinə sədr seçildi
Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı (FOTO)
Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
Ukraynanın “Novıy Çerniqov” telekanalında Xocalı soyqırımının ildönümü ilə bağlı veriliş yayımlanıb (FOTO)
"AzerGold" milyon unsiyaya yaxın gümüş ehtiyatı olan sahəni istifadəyə verəcək
Bakıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
Azərbaycan karateçiləri beynəlxalq turnirdə 3 medal qazanıblar (FOTO)
İranda koronavirusa yoluxanların sayı 60-ı keçib (ƏLAVƏ OLUNUB)
ÜST Azərbaycanda koronavirusun olması ilə bağlı məlumatlara münasibət bildirdi
Azərbaycan İlahiyyat İnstitutu “Azərbaycan Universitetləri Sərgisi-2020”də iştirak edib (FOTO)
Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq Prezidentin səfəri ilə daha da möhkəmləndi - Politoloq
Digər dillərdə oxumaq istəyənlər üçün 1-ci sinfə qəbulla bağlı müsahibələrə başlanıldı
Bütün xəbərlər