...

Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

İqtisadiyyat Materials 6 Dekabr 2017 16:45 (UTC +04:00)
Dekabrın 7-də Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçiriləcək.
Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakı. Trend:

Dekabrın 7-də Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçiriləcək.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.

Tədbirdən əvvəl hər iki ölkə nümayəndələrinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarəti nəzərdə tutulub. Energetika Nazirliyində Azərbaycan və Qazaxıstan energetika nazirlərinin ikitərəfli görüşünün ardından, Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, əmək, məşğulluq və sosial müdafiə, mədəniyyət və turizm, təhsil və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin Hökumətlərarası Komissiyanın 2016-ci il sentyabrın 22-də Astanada keçirilmiş 13-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, eləcə də ikitərəfli sərgi və biznes-forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı, gənclər siyasəti və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

Gündəlikdəki məsələlərin müzakirəsinin yekunu olaraq Protokol imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti