...

Xəbərdarlıq! Bu ərazidə avtomobil saxlamayın

İqtisadiyyat Materials 22 Dekabr 2017 15:54 (UTC +04:00)
Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlər quraşdırmağa davam edir.
Xəbərdarlıq! Bu ərazidə avtomobil saxlamayın

Bakı. Samir Əli - Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində baş tutacaq növbəti Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlər quraşdırmağa davam edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, indiki mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər qoyulur. Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti