...

"Azərişiq"a müraciətlərin sayı 17,1% artıb

İqtisadiyyat Materials 15 Yanvar 2018 10:50 (UTC +04:00)
“Azərişiq” Açıq Səhmdar Cəmiyyətinə 2017-ci ildə daxil olan müraciətlərin sayı 17,1% artıb.
"Azərişiq"a müraciətlərin sayı 17,1% artıb

Bakı. Trend:

“Azərişiq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) 2017-ci ildə daxil olan müraciətlərin sayı 17,1% artıb.

ASC-dən Trend-ə verilən məlumata görə, 2017-ci il ərzində “Azərişiq” ASC-yə daxil olmuş elektron müraciətlər qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə ASC-nin Baş İdarə və Regional Enerji Təchizatı və Satışı İdarələrində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb.

Müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diqqətlə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq tədbirlər həyata keçirilib. “Azərişiq” ASC-nin fəaliyyət sahələri üzrə əhaliyə xidmətlərin innovativ əsaslar üzərində təkmilləşdirilməsi, bu xidmətlər sektorunda şəffaflığın təmin edilməsi istehlakçılar tərəfindən daxil olan bütün müraciətlər cavablandırılıb.

Aparılmış analitik araşdırma nəticəsində məlum olub ki, ən çox vətəndaşların müraciətləri gərginliyin aşağı olması ilə bağlı olub (30.8 %). Ötən ilin eyni dövrü ilə müqayisədə 9.6 % azalma müşahidə olunur.

“Azərişıq” ASC-nin rəsmi internet səhifəsindən son bir il ərzində 6604 elektron müraciət daxil olub, bütün müraciətlər qısa müddət ərzində “Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən araşdırılıb icra edilib. 2016-ci ilin analoji dövründə isə 5477 müraciət daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayı 17.1 % artıb.

Statistikaya əsasən qeyd etmək olar ki, elektron müraciətlərin daha çevik və operativ həlli istehlakçıların bu xidmətdən istifadəsinin artırıb. Həmçinin, bildirmək istəyirik ki, daxil olmuş müraciətlər həftənin 6 günü cavablandırılır, istehlakçıların bütün müraciətləri araşdırılıb həll edilir.

İstehlakçılar müraciətlərini “Azərişiq” ASC-nin “www.azerishiq.az” rəsmi internet səhifəsinin “Elektron Müraciət” bölməsinə daxil olaraq onları maraqlandıran sual, təklif, sorğu və şikayəti internet vasitəsi ilə ünvanlaya bilərlər. Müraciətlərin qəbul olunması barədə istehlakçılara dərhal məlumat veriləcək, onların mahiyyəti üzrə araşdırılması və cavablandırılması təmin ediləcək. Bundan əlavə, istehlakçılar ASC-nin 199 nömrəli “Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Bütün müraciətlər araşdırılaraq öz həllini tapacaq. ”Azərişıq” ASC-nin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.

Fəaliyyətinin beynəlxalq standartlara uyğun quran “Azərişıq” ASC istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə İKT-nin imkanlarından geniş istifadə etməklə istehlakçılara yüksək keyfiyyətli xidmət verilməsinə nail olub:

- Əhali və qeyri əhali qrupu sifarişçilər üçün onlayn Texniki Şərt müraciəti

- Texniki Şərt üçün olunan müraciətlərin nəticələrinə onlayn baxılması xidməti

- Elektron Müraciətlər (şikayətlər, təkliflər, istəklər və s kimi müraciətlər nəzərdə tutulur)

- Elektron Borc Öyrənmə

- Elektron abonent kodu öyrənmə

- Onlayn Ödəmə xidmətləri

- [email protected] e-mail ünvanına daxil olmuş bütün müraciətlər qısa müddətdə cavablandırılır.

- Elektron Faktura (son 1 il ərzində enerji sərfiyyatı və ödənilən məbləğləri əldə etmək olur)

- ELEKTRON HÖKUMƏT (e-gov.az) portal ilə inteqrasiya edilmişdir. Elektron imza kartı vasitəsi ilə sistemə daxil olmuş abonent təqdim olunan xidmətlərdən onlayn faydalana imkanı yaradılmışdır.

- Müştəri portalı.

Həmçinin, “Asan Kommunal” mərkəzində "Azərişıq" ASC tərəfindən göstərilən xidmətlər:

- Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması

- Borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə sənədin verilməsi

- Əhali istehlakçısının ad dəyişdirilməsi

- Qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi

- Qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi

- Smart kartların bərpası və yenisinin verilməsi

- Abonentin geniş tarixçəsinin verilməsi

- Qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması

- Sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu

- Smart karta ödənişin yüklənməsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti