...

Azərbaycanın İordaniya və Misirlə hökumətlərarası komissiyasının iclasları keçiriləcək

İqtisadiyyat Materials 19 Fevral 2018 12:00 (UTC +04:00)
Azərbaycanın İordaniya və Misirlə hökumətlərarası komissiyasının iclasları keçiriləcək.
Azərbaycanın İordaniya və Misirlə hökumətlərarası komissiyasının iclasları keçiriləcək

Bakı. Trend:

19-20 fevral tarixində Əmmanda Azərbaycan-İordaniya Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının, 21-22 fevralda isə Qahirədə Azərbaycan-Misir hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçiriləcək.

İtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hökumətlərarası komissiyaların iclaslarında Azərbaycan-İordaniya və Azərbaycan-Misir iqtisadi əməkdaşlığı, komissiyaların sonuncu iclaslarından ötən dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Bu məqsədilə iqtisadiyyat naziri, hər iki Hökumətlərarası Komissiyada Azərbaycan tərəfdən həmsədr Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Misir və İordaniyaya gedəcək.

Səfər çərçivəsində İordaniya və Misir rəsmiləri ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti