...

"POS-terminal" haqqında animasiya (VİDEO)

İqtisadiyyat Materials 1 Mart 2018 13:12 (UTC +04:00)
Mərkəzi Bank tərəfindən 2011-ci ildən etibarən icra edilən əhalinin maliyyə savadlılığının artırılması tədbirləri 2015-ci ildən etibarən mahiyyətcə yeni mərhələyə qədəm qoyub.
"POS-terminal" haqqında animasiya (VİDEO)

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı tərəfindən 2011-ci ildən etibarən icra edilən əhalinin maliyyə savadlılığının artırılması tədbirləri 2015-ci ildən etibarən mahiyyətcə yeni mərhələyə qədəm qoyub.

Bankdan Trend-ə verilən məlumata görə, bu məqsədlə yaradılmış maliyyə savadlılığı portalında (www.bizimpullar.az) mütəmadi olaraq yeni maarifləndirici animasiyalar yerləşdirilir. Qeyd olunan maarifləndirici materiallardan biri kimi hazırlanan “POS-terminal” adlı animasiyada nağdsız ödənişlərin həcminin artırılmasının vacibliyini nəzərə alaraq nağdsız ödənişlərin üstünlüyü və POS-terminaldan istifadə qaydaları ətraflı izah edilib.

Xatırladırıq ki, portal istifadəçilərin mobil cihaz və yaxud kompüter vasitəsilə hər anda rahat şəkildə maariflənməsinə xidmət edir. Portalda iqtisadiyyat və maliyyə sahəsində informativ materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar və kalkulyatorlar, virtual muzey və məktəblilər üçün rubrika yer alıb. Həmçinin xəbərlər bölməsinə daxil olaraq Mərkəzi Bankın maliyyə savadlılığı istiqamətində həyata keçirdiyi tədbirlərlə tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti