...

NIKOIL | Bank yeni bankomat quraşdırıb

İqtisadiyyat Materials 1 May 2018 09:35 (UTC +04:00)
Bakı şəhər sakinlərinin rahatlığı üçün NIKOIL | Bank Yasamal rayonu, Abbas Şərifzadə 181 küçəsi ünvanında yerləşən Embawood mağazasında yeni bankomat quraşdırıb.
NIKOIL | Bank yeni bankomat quraşdırıb

Bakı. Trend:

ATM (bankomat) şəbəkəsinin genişləndirilməsi - NIKOIL | Bank-ın müştərilər üçün xidmətlərin təkmilləşdirilməsi proqramının həyata keçirilməsinin əsas istiqamətlərindən biridir.

Bankdan Trend-ə verilən məlumata görə, Bakı şəhər sakinlərinin rahatlığı üçün NIKOIL | Bank Yasamal rayonu, Abbas Şərifzadə 181 küçəsi ünvanında yerləşən Embawood mağazasında yeni bankomat quraşdırıb.

Digərləri kimi 7/24 prinsipi ilə işləyən bu bankomatda da Bank müştəriləri milli və ABŞ dolları valyutasında nağd vəsait çıxarmaq, hesablardan çıxarış almaq, Card to Card və 3DSecure xidmətini aktivləşdirmək kimi əməliyyatları həyata keçirə bilərlər. Qeyd etmək lazımdır ki, Bankın aktiv plastik kart sahibləri SMS vasitəsilə yeni ATM haqqında məlumatlandırılıblar.

NIKOIL | Bank gələcəkdə də öz ATM şəbəkəsini genişləndirmək və onları həm paytaxtın, həm də regionların ən rahat nöqtələrində yerləşdirmək niyyətindədir.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı https://www.facebook.com/nikoilbank

Məqalədə:
Xəbər lenti

Xəbər lenti