...

Paytaxtda bir neçə ərazidə hərəkət məhdudlaşdırılır - Rəngləmə işləri

İqtisadiyyat Materials 25 May 2018 10:07 (UTC +04:00)
Gündüz və gecə bir-neçə ərazidə hərəkət qismən məhdudlaşdırılır.
Paytaxtda bir neçə ərazidə hərəkət məhdudlaşdırılır - Rəngləmə işləri

Bakı. Trend:

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 11:00-dan axşam saatlarınadək Binəqədi rayonu Biləcəri dairəsində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Səbail rayonu, Neftçilər prospektinin Əziz Əliyev və Rixard Zorge küçələri arasında yerləşən hissəsində və Rixard Zorge küçəsinin özündə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu barədə Trend-ə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Bu məqsədlə sözügedən küçələr boyu qeyd olunan müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti