...

Kaspersky Lab: Son 12 ayda kriptomaynerlər tərəfindən hücumların sayı 44% artıb

İqtisadiyyat Materials 29 İyun 2018 12:21 (UTC +04:00)
2017-2018-ci illərdə avadanlıqları kriptovalyutanın mayninqi üçün proqram təminatı tərəfindən hücuma məruz qalmış internet istifadəçilərinin sayı 2016-2017-ci illərlə müqayisədə 1,9 milyondan 2,7 milyonadək artıb
Kaspersky Lab: Son 12 ayda kriptomaynerlər tərəfindən hücumların sayı 44% artıb

Bakı. Trend:

“Kaspersky Lab” şirkətinin hesabatına əsasən, 2017-2018-ci illərdə avadanlıqları kriptovalyutanın mayninqi üçün proqram təminatı tərəfindən hücuma məruz qalmış internet istifadəçilərinin sayı 2016-2017-ci illərlə müqayisədə 1,9 milyondan 2,7 milyonadək artıb. Bununla belə, kibercinayətkarlar daha çox inkişafda olan bazarlara istiqamətlənirlər və onların hesabına gəlirlərini artırırlar. Bütün bunları son 24 ay ərzində “Kaspersky Lab”ın həllərinin işə düşməsinə əsaslanan statistika nümayiş etdirir.

Kriptovalyuta – son illər ərzində ən çox müzakirə olunan mövzulardan biridir və şübhəsiz ki, cinayətkarlar bundan yan keçə bilməzdilər. Cinayətkarlar hücuma məruz qalmış istifadəçilərin kompüterlərinin və mobil avadanlıqlarının hesablayıcı gücündən yararlanaraq kriptovalyuta istehsal edən xüsusi proqram təminatı yaradırlar. Kriptomaynerlər cinayətkarlara hədələyici proqramlarla müqayisədə daha az mənfəət gətirir, lakin onlar bunu gizlicə və daha uzun müddət ərzində edirlər. Bu səbədən təəccüblü deyil ki, kompüter və mobil cihazlara hədələyici proqramların hücumlarının sayı 2017-2018-ci illərdə azalıb (müvafiq olaraq 30% və 22,5%).

“Kaspersky Lab”ın ekspertlərinin məlumatına əsasən, kriptomaynerlər yalnız kompüterlərə deyil, həmçinin mobil cihazlara da hücum edirlər. Bu proqramların bu cür platformalara edilən unikal hücumlarının sayı 9,5% artıb, bununla belə, 2017-2018-ci illərdə onlar dünya üzrə təxminən 5 min istifadəçiyə toxunub, bu da 2016-2017-ci illərin göstəricisindən 11% çoxdur.

“Kibertəhdidlər landşaftında bu cür dəyişikliklərin səbəbləri məlumdur. Cinayətkarlar üçün hədələyici proqramlar – pul qazanmaq üçün olduqca riskli üsuldur, belə ki, bu zərərli proqramların hücumu KİV-in və hpkümətin diqqətini cəlb edir. Kriptomaynerləri isə aktivləşdirmək daha asandır, bundan başqa, mənfəət əldə etmək üçün onlar daha stabil model hesab olunurlar. Adətən cinayətkarlar mərkəzi prosessordan (CPU) və ya qrafik prosessordan (GPU) istifadə edərək gizlicə kriptovalyuta istehsal edirlər, bundan sonra isə tranzaksiyalar həyata keçirir və real pullar əldə edirlər”, - deyə “Kaspersky Lab”ın antivirus eksperti Yevgeni Lopatin bildirib.

Kriptomaynerlərdən müdafiə olmaq məqsədilə “Kaspersky Lab” istifadəçilərə bir sıra qaydaya riayət etməyi tövsiyə edir:

  • tanımadığınız adamlardan gələn məktublardakı məlumat və qoşmalara ehtiyatla yanaşın, onları açmağa tələsməyin;
  • müntəzəm olaraq bütün vacib faylların ehtiyat kopiyasını həyata keçirin;
  • bütün avadanlıqlarınızda proqram təminatını müntəzəm şəkildə yeniləyin, boşluqları avtomatik müəyyən edən və patçları yükləyən və quraşdıran xüsusi alətlərdən istifadə edin;
  • bizneslə məşğulsunuzsa bütün kompüter və serverlərə müdafiə həlləri quraşdırın ki, infrastruktur daim təhlükəsizlikdə olsun;
  • hər hası bir anomaliyanı üzə çıxarmaq üçün müntəzəm olaraq korporativ şəbəkənin informasiya təhlükəsizliyinin auditi keçirin;
  • növbənin idarə edilməsi sistemi, POS-terminallar və hətta ticarət avtomatları kimi hakerlərin daha az bəlli olan məqsədlərinə də diqqət ayırın, belə ki, onlar da cinayətkarlar tərəfindən kriptovalyutanın istehsalında istifadə oluna bilər;
  • qanuni əlavələrdə zərərverici hərəkətləri izləmək üçün əlavələrin idarə edilməsi funksiyasını tətbiq edin, iş stansiyalarının müdafiəsi və əməkdaşlar tərəfindən arzuolunmaz proqramların işə salınmasının qarşısını almaq üçün isə biznes üçün “Kaspersky Security”nin tərkibində olan “Default Deny” texnologiyasından yararlanın.

“Kaspersky Lab”ın hesabatının tam versiyası: https://securelist.ru/ransomware-and-malicious-crypto-miners-in-2016-2018/90288/.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti