...

Samir Şərifov: Bakı Azərbaycanın iştirakı ilə enerji layihələrinin həyata keçirilməsinə ABŞ-ın dəstəyini yüksək qiymətləndirir

İqtisadiyyat Materials 4 İyul 2018 20:21 (UTC +04:00)
Bakı Azərbaycanın iştirakı ilə enerji layihələrinin həyata keçirilməsində ABŞ hökumətinin dəstəyini yüksək qiymətləndirir.
Samir Şərifov: Bakı Azərbaycanın iştirakı ilə enerji layihələrinin həyata keçirilməsinə ABŞ-ın dəstəyini yüksək qiymətləndirir

Bakı. Ləman Zeynalova - Trend:

Bakı Azərbaycanın iştirakı ilə enerji layihələrinin həyata keçirilməsində ABŞ hökumətinin dəstəyini yüksək qiymətləndirir.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Birləşmiş Ştatların Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.

Nazir qeyd edib ki, ABŞ və Azərbaycan arasındakı münasibətlər bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə uyğun olaraq iki ölkənin maraqları çərçivəsində inkişaf edir və müxtəlif sahələri əhatə edir.

S.Şərifov qeyd edib ki, siyasi dialoqun genişləndirilməsi iki ölkə arasında əlaqələrin inkişafına xidmət edir.

Nazirin sözlərinə görə, ABŞ Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli enerji layihələrini daim dəstəkləyir:

"Bu sahədə əlaqələr strateji xarakter daşıyır və həm ABŞ, həm də Azərbaycanın maraqlarına cavab verir. Biz Azərbaycanın iştirakı ilə enerji layihələrinin həyata keçirilməsi üçün ABŞ hökumətinin dəstəyini yüksək qiymətləndiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti