...

7 ayda Azərbaycan əhalisinin gəlirləri 30 milyard manatdan çox olub

İqtisadiyyat Materials 17 Avqust 2018 12:30 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 30 milyard 331,0 milyon manat olub.

Trend-in məlumatına görə, nominal gəlir əhalinin hər nəfərinə orta hesabla 3 min 094,8 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 27905,4 milyon manatlıq və ya əvvəlki ildəkindən 9,9 faiz çox vəsait qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti