...

Elman Rüstəmov: Azərbaycanda dövlət qiymətli kağızların buraxılışının genişləndirilməsi üçün imkanlar var

İqtisadiyyat Materials 7 Sentyabr 2018 11:38 (UTC +04:00)
Azərbaycanda dövlət qiymətli kağızların buraxılışının genişləndirilməsi üçün imkanlar var
Elman Rüstəmov: Azərbaycanda dövlət qiymətli kağızların buraxılışının genişləndirilməsi üçün imkanlar var

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanda dövlət qiymətli kağızların buraxılışının genişləndirilməsi üçün imkanlar var.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

O bildirib ki, bunun üçün səmərəli maliyyə bazarının formalaşdırılması vacibdir:

“Dövlət qiymətli kağızlarının buraxılış həcminin genişləndirilməsi də vacibdir. Bunun üçün bu gün Azərbaycanda imkanlar var. Onu qeyd edim ki, beynəlxalq kredit təşkilatları manatla qiymətli kağızların buraxılışı təşəbbüsünü müsbət qiymətləndirir”.

E.Rüstəmov həmçinin maliyyə sabitliyinin qorunması baxımından bank sektorunda restrukturizasiya üzrə bir sıra tədbirlərin vacibliyini də vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti