...

Norm Ustalar Klubu 2 yaşını qeyd edəcək (FOTO)

İqtisadiyyat Materials 2 Oktyabr 2018 12:00 (UTC +04:00)
Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm Sement zavodu uğurlu Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirməyə davam edir.
Norm Ustalar Klubu 2 yaşını qeyd edəcək (FOTO)

Bakı. Trend:

Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm Sement zavodu uğurlu Korporativ Sosial Məsuliyyət layihələrini həyata keçirməyə davam edir. Bunlardan biri də Norm Ustalar Klubudur. Norm Ustalar Klubunun əsası 2016-cı ildə qoyulmuşdur və artıq iki ildir ki, aktiv şəkildə fəaliyyət göstərir.

Fəaliyyət müddəti boyunca Respublikanın müxtəlif şəhər və rayonlarında – Bakı, Quba, Qəbələ, Gəncə, Mingəçevir, Kürdəmir və Masallıda həm təcrübəli, həm də bu peşəyə yeni yiyələnməkdə olan ustalara şirkətin texniki dəstək heyətinin iştirakı ilə 44 maarifləndirici təlim təşkil edilmiş, hər silsilə tədbirdə 1500-ə yaxın usta iştirak etmişdir. Təlimlərin məqsədi ustalar arasında düzgün peşə münasibətlərinin qurulması, qarşılıqlı fikir mübadiləsinin aparılmasının təşkili ilə yanaşı, ustaların düzgün istiqamətlərdə təlimatlandırılması, maarifləndirilməsi, onları maraqlandıran məsələlər, qarşılaşdıqları çətinliklərlə bağlı sualların ətraflı şəkildə mütəxəssislər tərəfindən cavablandırılmasıdır.

Tədbirlər zamanı ustalara təlimçi tərəfindən Norm məhsulları, ümumilikdə sement və sementin tərkib komponentləri, sementə əlavə olunan mineral qatqılar, sement və betonun təyinat sahəsinə görə düzgün nisbətinin seçilməsi, tətbiq qaydaları, xüsusi hörgü növləri, armatur betonlarının səciyyəvi xüsusiyyətləri və mövsümə görə tikinti işlərinin aparılmasında diqqət edilməli məqamlar barədə ətraflı məlumat verilir, bu məsələlər ətrafında geniş müzakirələr aparılır.

Təlimlərdə yalnız sement və beton sahəsinə dair gündəlik məsələlər müzakirə olunmur, həmçinin Norm Sementin texniki dəstək heyəti tərəfindən Avropada istehsal olunan yeni sement və beton növləri, beynəlxalq sferada sement və betonun tətbiqinə dair yeniliklər iştirakçıların diqqətinə çatdırılır. Bundan əlavə, tədbir iştirakçılarının xidmət səviyyələrinin artırılması məqsədilə onlara peşəlarlar tərəfindən “Düzgün müştəri münasibətlərinin qurulması və keyfiyyətli xidmət” mövzusunda da təlimlər keçilir.

Norm Ustalar Klubu yarandığı gündən bu günədək klubun üzvləri üçün həvəsləndirici hədiyyə və bonus kampaniyalara davam edir.

Kampaniyanın şərtlərinə əsasən Norm sementlərindən daha çox istifadə edən ustalar hədiyyə danışıq dəqiqələri ilə mükafatlandırılır. Tədbirlərin sonunda isə belə ustalar xüsusi dəyərli hədiyyələr - televizorlar, smartfon telefonlar, müxtəlif məişət texnikası ilə təltif edilir.

Cari ilin 21 iyun – 5 iyul tarixləri arasında Norm Ustalar Klubunun üzvləri “Ümumi təyinatlı tikinti materialları: Sement və onun xüsusiyyətləri, sementin hörgü-suvaq və betonda istifadəsi” mövzusunda təşkil olunmuş təlimlər üzrə sertifikasiya imtahanından keçmiş, uğurlu nəticə göstərən 800-ə yaxın ustaya 20-30 sentyabr tarixlərində təşkil olunan silsilə tədbirlərdə təlim sertifikatları təqdim edilmişdir. Beləliklə, Kluba üzv olmaqla, qiymətli hədiyyə və danışıq dəqiqələri ilə mükafatlandırılan inşaat ustaları həmçinin nəzəri biliklərə yiyələnir və bu biliklər sayəsində sertifikat əldə edirlər.

Norm Ustalar Klubunun faydaları sadəcə ustalara deyil, həmçinin son müştəriyə, yəni ümumilikdə cəmiyyətə hesablanmışdır. Klub yaxın gələcəkdə xüsusi proqram təminatı vasitəsilə inşaat ustalarını bir virtual şəbəkə ətrafında birləşdirməyi planlaşdırır. Məlumdur ki, peşəkar müştəri münasibətlərinin idarə olunması, həmçinin texniki bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə maarifləndirilmiş ustalar daha keyfiyyətli xidmət göstərəcəklər. Beləliklə, insanlar virtual şəbəkə üzərindən vaxt itirmədən istədikləri kriteriyalar üzrə ustaları taparaq həm peşəkar münasibətdən, həm keyfiyyətli usta xidmətindən, həm də yüksək texnologiyalarla istehsal olunmuş, müasir keyfiyyət standartlarına cavab verən Norm məhsullarından faydalana biləcəklər.

Kluba üzv olmaq istəyən ustalar 055 4801010 nömrəsi vasitəsilə qaynar xəttlə əlaqə yaradaraq ətraflı məlumat əldə edə bilərlər. Klubun fəaliyyəti barədə daha ətraflı məlumat əldə etmək istəyən şəxslər klubun Facebook və İnstagram səhifələrini izləyə bilərlər:

https://www.facebook.com/NORMustalarklubu/

https://www.instagram.com/normustalarklubu/

Üzv olmuş ustalar bütün təlimlərdə təmənnasız şəkildə iştirak etmək və hədiyyə qazanmaq imkanı əldə edirlər.

Müştəri yönümlü fəaliyyəti ilə hər zaman ön sıralarda olan Norm Sementin bundan sonra da ustalara dəstək və qayğısı davam edəcək, şirkət daim yenilikçi məhsul və xidmətlərlə müştəriləri nəzərində saxlayacaq.

İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodunda hazırda 4 çeşiddə sement məhsulu istehsal edilir. İstehsal edilən CEM II/A-P 32,5R markalı KLASS A, CEM II/B-L 32,5R markalı KLASS B, CEM II/A-P 42,5 R markalı KLASS C500 və CEM II / A-P 42.5N markalı KLASS S (Sulfatadavamlı Portland sement) məhsulları qalaq və kisə şəklində satışa təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti