...

Dehlidə Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyanın iclası keçirilir

İqtisadiyyat Materials 11 Oktyabr 2018 16:45 (UTC +04:00)
Muxtar Babayev Nyu Dehlidə olan Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir.
Dehlidə Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyanın iclası keçirilir

Bakı. Trend:

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 11-12 oktyabr, 2018-ci il tarixlərində keçiriləcək Ticarət, İqtisadi, Elmi və Texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak etmək üçün Nyu Dehlidə olan Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir.

Hindistanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Hindistan tərəfdən iclasa ticarət və sənaye naziri Suresh Prabhu həmsədrlik edəcək.

Tərəflərin geniş sahələrdə, o cümlədən ticarət və investisiya, nəqliyyat və yük daşınması, energetika və karbohidrogen, kiçik və orta müəssisələr, kənd təsərrüfatı və heyvandarlıq məhsulları, ərzaq təhlükəsizliyi, ərtaf mühitin mühafizəsi, turizm və mədəniyyət, səhiyyə və əczaçılıq, kosmos və uzaqdan hiss etmə sahələrində ikitərəfli əməkdaşlıq əlaqələrini müzakirə etmələri gözlənilir. Onlar həmçinin, Hindistanın qərb limanlarını İran limanları vasitəsilə Azərbaycan və Rusiya ilə birləşdirəcək Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (BŞCND) inkişaf etdirilməsi üzrə əməkdaşlığı da müzakirə edəcəklər. Təklif olunan BŞCND marşrutu mövcud dəniz marşrutundan daha ucuz və qısa olacaq.

Hindistanla Azərbaycan arasında sıx dostluq əlaqələri mövcuddur. Hindistan Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdəndir. Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət getdikcə artır. Hindistanın ONGC Videsh şirkəti Azəri-Çıraq-Günəşli neft yatağında və Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərində paya malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti