...

Burada gediş haqqı plastik qablarla ödəniləcək

İqtisadiyyat Materials 5 Noyabr 2018 10:24 (UTC +04:00)
İndoneziyanın ikinci ən böyük şəhəri Surabayada plastik tullantılarla mübarizənin yeni üsulu tapılıb
Burada gediş haqqı plastik qablarla ödəniləcək

Bakı. Trend:

İndoneziyanın ikinci ən böyük şəhəri Surabayada plastik tullantılarla mübarizənin yeni üsulu tapılıb.

Trend-in məlumatına görə, sakinlər plastik qabları təhvil verməklə şəhər avtobuslarında ödənişsiz hərəkət edə biləcəklər.

Qeyd olunur ki, sərnişin plastik stəkan və ya butulkanı terminala salmaqla gediş haqqı əldə edir. 10 plastik stəkan və ya 5 plastik butulka ikisaatlıq ödənişsiz gediş hüququ verir.

Şəhər rəhbərliyinin fikrincə, bu proqram 2020-ci ilədək şəhəri plastik tullantılardan təmizləməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti