...

TANAP vasitəsilə Avropaya qaz nəqlində son mərhələyə start verildi

İqtisadiyyat Materials 17 Aprel 2019 11:06 (UTC +04:00)
Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan 2-ci fazasında son mərhələyə start verilib.
TANAP vasitəsilə Avropaya qaz nəqlində son mərhələyə start verildi

Bakı. Trend:

Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan 2-ci fazasında son mərhələyə start verilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çərçivəsində 2019-cu il aprelin 15-dən etibarən sistemə qaz verilməyə başlanıb. 2019-cu ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq məqsədi ilə qazın nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

2018-ci ilin iyununda keçirilən beynəlxalq açılış mərasimindən sonra işə salınan və birinci fazası çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanan TANAP layihəsinin 2-ci fazası da son mərhələyə daxil olub. Bu faza Avropaya qaz nəqli məqsədi ilə kəmərin Əskişəhərin Seyitgazi bölgəsindən başlayaraq Ədirnənin İpsala bölgəsinə qədər uzanan və Türkiyə-Yunanıstan sərhəddində bitən hissəsinin inşasını əhatə edir.

Tikintisi başa çatan 2-ci fazanın istismara verilməsi çərçivəsində 15 aprel 2019-cu il tarixindən etibarən boru kəmərinə sınaq məqsədilə qaz verilməyə başlanıb. Sınaqlardan sonra iyun ayının sonuna kimi sistemin istismara verilməsi üzrə işlərin tamamlanması və Avropaya sınaq məqsədli qaz nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

TANAP-ın iyunun sonunda Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilməsindən sonra Cənub Qaz Dəhlizinin son həlqəsi olan, Türkiyə-Yunanıstan sərhəddindən başlayaraq İtaliyaya qədər uzanan Trans-Adriatik boru kəmərinin tikintisinin tamamlanması və qaz axını üçün hazır vəziyyətə gətirilməsi gözlənilir. TANAP vasitəsilə Avropaya kommersiya məqsədli qaz nəqlinin Trans-Adriatik boru kəmərinin istismara verilməsi üzrə işlər tamamlanandan sonra 2020-ci ilin ortalarında başlaması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti