...

AZAL və “PASHA Travel” Səudiyyə Ərəbistanının 3 şəhərinə çarter reysləri yerinə yetirəcək

İqtisadiyyat Materials 19 Aprel 2019 16:38 (UTC +04:00)
AZAL və “PASHA Travel” Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reyslərinin yerinə yetirilməsi barədə razılığa gəlib.
AZAL və “PASHA Travel” Səudiyyə Ərəbistanının 3 şəhərinə çarter reysləri yerinə yetirəcək

Bakı. Trend:

Bu günlərdə “Azərbaycan Hava Yolları”nın Ər-Riyadda keçirilmiş “Azərbaycan şahinin gözü ilə” təqdimatı ərəb ölkələrinin vətəndaşlarının və turoperatorlarının böyük marağına səbəb olub.

“Azərbaycan Hava Yolları” QSC və “PASHA Travel”ın mətbuat xidmətlərindən Trend-ə verilən məlumata görə, bu böyük tədbirin ilk nəticəsi kimi AZAL 2019-cu il yay uçuş cədvəli çərçivəsində Səudiyyə Ərəbistanına bir sıra çarter layihələri üzrə ölkəmizin aparıcı turoperatoru “PASHA Travel” ilə tərəfdaşlığını elan etməyə şaddır.

“PASHA Travel” təqdimatda bəyan edilən altı istiqamətdən üçünə 2019-cu ildə çarter reysləri yerinə yetirəcək:

Bakı -Dammam- Bakı – cümə günləri (iyunun 7-dən etibarən);
Bakı- Ər-Riyad- Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən);
Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən);

Xatırladaq ki, AZAL həmçinin Səudiyyə Ərəbistanının aşağıdakı şəhərlərinə birbaşa aviareyslər yerinə yetirəcək.

Bakı-Ciddə-Bakı - bazar ertəsi günləri (aprelin 8-dən etibarən);
Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən);
Bakı-Burayda (Əl-Qassim)-Bakı – (cədvəl dəqiqləşdirilir)

Qeyd edək ki, AZAL və “PASHA Travel”ı 2017-ci ildən bəri uzunmüddətli uğurlu əməkdaşlıq bağlayır. Səudiyyə Ərəbistanına yeni reyslərlə yanaşı, cari ildə birgə birbaşa çarter reysləri həmçinin iyunun 20-dən sentyabrın 12-dək Tivata (Monteneqro) yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın (23 kq-dək) pulsuz daşınması və isti yeməklər və soyuq qəlyanaltıların tam çeşidi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti