Bakı. Trend:
Çinin "Huawei" korporasoyası özəl şirkətdir və Silahlı Qüvvələr ilə əlaqəsi yoxdur.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Çinin müdafiə naziri Vey Fenxe Sinqapurda çıxışı zamanı deyib.
Nazir bildirib: "Bu tam olaraq özəl şirkətdir. Əgər "Huawei"in məhsulları Silahlı Qüvvələrdə istifadə edilirsə, bu, məhsulların məhz ordu üçün hazırlandığını ifadə etmir. Bu, mənasızdır".
V.Fenxe əlavə edib ki, hökümət korporasiyaya qarşı tətbiq edilən sanksiyaları qarşıdır.