...

280 sərnişin vaqonu təmir ediləcək

İqtisadiyyat Materials 6 İyun 2019 10:24 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın "Rəca" dəmiryol nəqliyyatı şirkəti 280 sərnişin vaqonunun təmir olunması üçün dövlət vəsaitindən istifadə edəcək.

Trend-in məlumatına görə, bunu İranın "Rəca" Dəmiryol Nəqliyyatı Şirkətinin icra direktoru Məhəmməd Rəcəbi deyib.

M.Rəcəbinin sözlərinə görə, 30 ildən yuxarı istismar müddəti olan vaqonların təmiri üçün 20 trilyon riallıq (təxminən 476 milyon dollar) vəsaitdən istifadə etmək mümkündür.

Rəcəbi əlavə edib ki, 280 vaqonun təmiri üçün "Pars" Vaqon Şirkəti ilə müqavilə imzalanıb: “Hər bir sərnişin vaqonunun təmirinə təxminən 12 milyard rialdan (təxminən 285 min dollar) 16 milyard riala (təxminən 380 min dollar) qədər vəsait sərf olunur”.

Qeyd edək ki, 9-12 iyunda Tehranda Beynəlxalq Dəmiryol Nəqliyyatı Sərgisi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti