...

Azərbaycan əhalisinin gəlirləri 5 ayda 22 milyard manatı ötüb

İqtisadiyyat Materials 26 İyun 2019 12:00 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 22 milyard 164,1 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əhalinin hər nəfərinə orta hesabla 2244,0 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 20 milyard 386,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,0 faiz çox vəsait qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti