...

Ötən ilin dövlət büdcəsi profisitlə icra olunub

İqtisadiyyat Materials 1 İyul 2019 13:06 (UTC +04:00)
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilib.
Ötən ilin dövlət büdcəsi profisitlə icra olunub

Bakı. Trend:

2018-ci il dövlət büdcəsinin gəlirlərinin 40 faizdən çoxu qeyri-neft sektorunun payına düşüb

Trend-in məlumatına görə, bu barədə ötən Milli Məclisdə qəbul olunmuş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanunda deyilir.

2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22149,0 mln. manat proqnoza qarşı 22508,9 mln. manat və ya 101,6 faiz icra olunub. 2018-ci ildə dövlət büdcəsi gəlirlərinin 40,5 faizini qeyri-neft sektorundan gəlirlər təşkil edib ki, bu da proqnoza nisbətən 0,8 faiz-bənd çoxdur.

2018-ci il dövlət büdcəsinin xərcləri 23100,0 mln. manat proqnoza qarşı 22731,6 mln. manat və ya 98,4 faiz icra edilib.

Strukturuna görə 2018-ci il dövlət büdcəsi xərclərinin 11554,3 mln. manatı və ya 50,8 faizi cari xərclərə, 8941,7 mln. manatı və ya 39,4 faizi əsaslı xərclərə, 2235,6 mln. manatı və ya 9,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2018-ci il icmal büdcənin gəlirləri 28124,6 mln. manat proqnoza qarşı 30924,7 mln. manat və ya 110,0 faiz, xərcləri isə 26575,2 mln. manat proqnoza qarşı 26456,9 mln. manat və ya 99,6 faiz icra olunub. İcmal büdcədə proqnozlaşdırılmış 1549,4 mln. manat profisitə qarşı faktiki olaraq 4467,8 mln. manat büdcə artıqlığı (profisit) yaranıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti