Bakı. Trend:
Dubayda turistlər spirtli içkiləri mağazalardan ala biləcəklər.
Trend-in məlumatına görə, indi turistlər pasportun əslini təqdim edərək "Mercantile and Marketing International (MMI)" mağazalar şəbəkəsindən 30 günlük lisenziya ala bilərlər.
Lisenziya almaq üçün turistlərin azı 21 yaşı olmalıdır və onlar müsəlman olmamalıdırlar.
Xatırladaq ki, daha əvvəl turistlər Dubayda spirtli içkiləri yalnız otellər, barlar və restoranlarda ala bilirdilər.