Bakı. Trend:
Sizcə, insan öz həyatında asanlıqla nələri dəyişə bilər? Geyim tərzini, saç düzümünü, iş yerini? Bəs sizcə, başqasının həyatında nələri dəyişə bilər? Gələcəyini, dünyagörüşünü, baxış bucağını, təhsil şəraitini ? Başqasının həyatında müsbətə doğru dəyişikliklər etmək bəzən çətin görünsə də, Kontakt Home-un “Təhsil üçün dəyiş” sosial layihəsi ilə bu, olduqca realdır.
Kontakt Home “Bilik Günü” ərəfəsində ucqar kənd məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, bərabər təhsil şəraitinin yaradılmasına dəstək məqsədilə “Təhsil üçün dəyiş” sosial kampaniyasına başlayıb.
Kampaniyaya qoşulmaq üçün sentyabrın 30-dək köhnə noutbukunuzu vəziyyətindən asılı olmayaraq “Kontakt Home” mağazalarına təhvil verin, öz növbəsində “Kontakt Home” təhvil verdiyiniz noutbukları təmir edərək ucqar kənd məktəblilərinə hədiyyə edəcək. Bundan başqa, noutbukların təhvili zamanı Siz yeni noutbukları əlavə endirimlə əldə edə bilərsiniz.
Qeyd edək ki, kampaniya Kontakt Home və HP Azərbaycan şirkətlərinin sponsorluğu və “Kəndabad” ucqar kəndlərdə sosial layihələr həyata keçirən komandanın dəstəyi ilə həyata keçirilir.
Köhnə noutbukunuzu ucqar kəndə göndərək. Göndərək ki, bir məktəblinin təhsil hekayəsi dəyişsin. Bəs Siz təhsil üçün dəyişməyə hazırsınız?