Kapital Bank-ın Baş Pərakəndə Satış inzibatçısı Ramil İmamov: Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir (FOTO)

Kapital Bank-ın Baş Pərakəndə Satış inzibatçısı Ramil İmamov: Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir (FOTO)

Bakı. Trend:

Bu gün Kapital Bank, ölkə üzrə filial şəbəkəsinə, partnyor şəbəkəsinə, bazarda olan taksit kart müştərilərinin sayına və digər bir sıra meyarlarına görə liderdir. 3 milyondan artıq müştəriyə xidmət göstərən ölkənin birinci bankı demək olar ki, hər ay yeni aksiya və kampaniyalarını müştərilərin ixtiyarına verir. Təbii ki, bütün bunlarla yanaşı müştəri xidməti keyfiyyətini də yaxşılaşdırmaq istiqamətində ciddi işlər görür. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün Kapital Bank-ın Baş Pərakəndə Satış inzibatçısı Ramil İmamovdan müsahibə aldıq.

- Ramil müəllim, hazırda Kapital Bank-ın BirKart taksit kartı əhali tərəfindən ən çox rəğbətlə qarşılanan kartdır. Hətta məvacibini və təqaüdünü Kapital Bank-dan almayanlar da BirKart sahibi ola bilərlər. Bir qədər bu barədə danışaq.

- Bu sahədə daha bir uğurlu əməkdaşlığımız isə cari ildən təsis edilən BirKart Bank Olmayan Kredit Təşkilatıdır (BOKT). Qeyd edim ki, hazırda həm paytaxt Bakıda, həm də Gəncə və Sumqayıt şəhərlərində BOKT-un 14 filialı xidmət göstərir. Bu filiallar əsasən partnyor mağazaları ilə eyni ünvanda, ticarət mərkəzlərində, həmçinin artıq ötən aydan müstəqil şəkildə və müasir dizaynda hazırlanan filiallarda fəaliyyət göstərir. Müştərilərə BOKT filiallarında BirKart satışı həyata keçirilir, BirBank tətbiqi üzərindən müxtəlif növ xidmətlər təklif olunur, həmçinin bu məhsullar üzrə istənilən sualların cavabladırılması həyata keçirilir. Gələcəkdə Bankla BOKT arasında olan qarşılıqlı razılığa əsasən bu sahədə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Bu günədək BOKT filiallarından minlərlə müştəriBirKart əldə edib ki, bunun da böyük əksəriyyətini məvaciblərini Kapital Bank-dan almayan müştərilər təşkil edir. Həmçinin bu kartlar üzrə limit məbləğlərinin 70%-dən çoxu taksit dövriyyəsinə yönəlib. Məhz bu səbəbdən də taksit layihəsi üzrə partnyorlarımız son dövrlərdə BirKart BOKT-la əməkdaşlığa xüsusi önəm verməyə başlayıblar. Partnyorlar BirKart BOKT filiallarının mağazalarda fəaliyyət göstərməsinin, ehtiyaca uyğun olaraq dərhal BirKart əldə etmə imkanlarının, taksitli alış-verişdən yararlanmanın həm onlar, həm də müştərilər üçün böyük üstünlük yaratdığını xüsusi ilə qeyd edir, satışları stimullaşdırdığını və müştəri məmnunluğunun artmasına səbəb olduğunu vurğulayırlar.

- BirKart-ın partnyor şəbəkəsinin genişlənməsi istiqamətində hansı işlər aparılır?

- Bu il qarşıya qoyduğumuz hədəflərdən biri də partnyor şəbəkəmizi daha da genişləndirmək, əsas da regionlarda geniş şəbəkə ilə təmsil olunmaqdır. Taksit partnyorlarımızın sayı 2017-ci ilin sonuna 300-ə yaxın idisə, indi bu rəqəm təqribən 3000-dir. Bu partnyorlardan 830-ü regionlarda fəaliyyət göstərir. Həm taksit funksiyasının aktiv olduğu satış nöqtələrinin sayına görə, həm də cashback funksiyasının aktiv olduğu satış nöqtələrinin sayına görə bazarda birinciyik. Həmçinin ötən ay bazara smart kassa cihazlarını ilk təklif edən banklardan biri olaraq bu işi daha da sürətləndirməyi hədəfləyirik. Bu cihazların çox funksiyanallığı partnyorlarımız və müştərilərimiz üçün rahatlıq yaradır. Belə ki, smart kassalar Android əməliyyat sistemi əsasında fəaliyyət göstərməklə yanaşı özündə POS terminal, kassa aparatı, anbar uçot sistemi və printer fuksiyalarını birləşdirir.

- Xidmətlərin rəqəmsallaşması və optimallaşması sahəsində hansı yenilikləriniz var?

-->

- Bayaq qeyd etdiyim kimi Kapital Bank-ın hədəflərindən ən əsası müştərilərə keyfiyyətli xidmət təklif etməkdir. Vacib olan məqamlardan biri müştərilərimizin minimum vaxt sərf etməklə, maksimum onlayn xidmətlər əldə etmələri üçün imkanlar və yeni kanallar yaratmaqdır. Təbii ki, bu sahədə son dövrlərdə əsas addım BirBank mobil tətbiqinin müştərilərimizin istifadəsinə vermək idi. Hazırda bu tətbiqin istifadəçi sayı 700 000 nəfərə yaxındır. İndiki dövrdə tətbiq vasitəsi ilə çoxsaylı xidmətlərin həyata keçirilməsinin, müştəri məmnunluğunun artmasına töhfə verəcəyinə inanırıq. Həmçinin artıq müştərilərimiz üçün bir çox xidmətləri bankımıza məxsus ödəniş terminallarında əldə etmək imkanları yaradılıb. Müştərilərə 24/7 xidmətinin göstərilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması məqsədilə filiallarımızda aparılan əməliyyatların müəyyən hissəsinin ödəniş terminallarına keçirilməsiylə bağlı layihə davam edir. Nəticədə əksər ödənişlər filial kassalarından terminallara yönəldiriləcək ki, bu da aylıq ümumi kassa əməliyyatlarının 34%-i deməkdir. Cari ilin sonunadək terminal saylarının 23%, növbəti ilin sonunadək isə daha 25% artırılması planlaşdırılır ki, bunlardan 30%-i xarici ödəniş terminalı olacaq. Onu da qeyd edim ki, paralel olaraq müştərilərimizə təklif etdiyimiz bank xidmətlərinin müddətlərinin azaldılması məqsədilə işlər aparılır. Cari ana artıq kredit satış prosesləri üzrə xidmət müddətini ikiqat azaltmaya nail olmuşuq. Hədəfimiz bunu bütün xidmət növləri üzrə həyata keçirmək və daim bütün növ xidmətlərin optimallaşdırılmasına nail olmaqdır. O cümlədən artıq, BirKart əldə etmək istəyən müştərilərimizin filialda minimal müddətə xidmət almaları üçün də imkanlar yaradılıb. Həm dövlət, həm də özəl sektorda rəsmi olaraq çalışan və istənilən bankın məvacib və təqaüd kartına sahib olan şəxslər kapitalbank.az və ya birkart.az saytlarına onlayn müraciət edə, istənilən Kapital Bank və ya BirKart BOKT filialını seçə və kartı maksimum 5 dəqiqə ərzində xidmət nöqtəsindən eldə edə bilərlər.

- Kapital Bank ölkədə ən geniş filial şəbəkəsinə malikdir. Bu sahədə hansı yeniliklər gözlənilir?

- Bu ildə də öncəki illərdə olduğu kimi ölkənin filial şəbəkəsinə görə liderliyimizi qoruyuruq və həmçinin transformasiya layihəsi üzrə işlərimizi davam etdiririk. Cari ildə bu sahədə əsas işimiz Naxçıvan Muxtar Respublikası üzrə filiallarımızın yeni biznes proseslərə uyğun fəaliyyətini təmin etmək və aktiv şəkildə məhsullarımızı müştərilərimizə təklif etmək olub. Bunun nəticəsində nağd satışlarımız 7%, BirKart satışlarımız isə 9%-ə yaxin artıb. Təbii ki , görülən işlər bununla tamamlanmır. Belə ki, cari ildə şəbəkəmiz 2 filial və 2 şöbə ilə daha da genişlənib və il sonunadək bura daha 6 struktur bölmənin əlavə olunması planlaşdırılır. Həmçinin filial və şöbələr müasir tələblərə uyğun olaraq vahid korporativ dizayn standartlarında təmir olunması üzrə 7 filialin cari ildə yenilənməsi nəzərdə tutulur.

Sonda onu qeyd etmək istərdim ki, hər zaman olduğu kimi satış imkanlarımızın və müştəri məmnunluğunun paralel şəkildə artırılması üçün görüləcək işlər gələcəkdə də əsas məqsədlərimizdən olacaq.

Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 871 nəfərə çatıb
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 871 nəfərə çatıb
Ermənistan Prezidentinin oğlu ərə getdi (FOTO)
Ermənistan Prezidentinin oğlu ərə getdi (FOTO)
Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb
Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb
Loading Bars
Xəbər lenti
Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri (FOTO)
DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib
"İmprotex Motors" şirkəti hibrid və tam elektrik mühərrikli avtomobillərinin satışını elan etdi (FOTO)
Biləsuvarda qətl törədən şəxs tutuldu
Azərbaycan neftinin qiyməti 40 dolları ötdü
DİM: İmtahanda yüksək temperatur və ya üşütmə əlamətləri hiss edənlər bu barədə nəzarətçiyə məlumat verməlidir (VİDEO)
"Sədərək" Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı
Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək
Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınacaq - Nazirlik
Videokonfransda İrəvan həqiqətləri müzakirə edilib
Avropa İnsan Haqları Məhkəməsi insanları və haqları unudub - "Politşou" təqdim edir (Videolayihə)
Azərbaycandan 545 kiloqram heroin keçirmək istəyən şəxs yaxalandı
Qırğızıstanda koronavirusa yoluxanların sayı 1 871 nəfərə çatıb
Bakıda yeni açılan "Dəniz Mall"dan görüntülər (VİDEO) (FOTO)
Dirrikdə narkotik becərən Balakən sakini saxlanıldı (FOTO/VİDEO)
Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü
Ermənistan Prezidentinin oğlu ərə getdi (FOTO)
Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub öldü
İyunun 3-də xarici valyutaların manata qarşı məzənnələri
Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu
Bakının bu küçələrində təmir-yenidənqurma işləri aparılır (FOTO)
Azər Badamov: Azərbaycan qabaqlayıcı tədbirlərlə beynəlxalq səviyyədə nümunəvi ölkələr sırasına daxil olub
Ermənistan sutka ərzində atəşkəsi 23 dəfə pozdu
Qazaxıstanda koronavirusa yoluxanların sayı artıb
Puerto-Rikoda təyyarə qəzaya uğrayıb, ölənlər var
Türkiyədə təhlükəli terrorçu məhv edilib
Bibiheybət yolu gələn həftə açılır
Nyu-Yorkda atışma olub, ölən və yaralananlar var
Braziliyada koronavirusdan ölənlərin sayı 30 min nəfəri ötüb
Türkiyədə 4 bal gücündə zəlzələ olub
Pentaqon aksiyalar səbəbilə paytaxtın ətraf rayonlarına 1,6 min hərbçi göndərib
ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var (ƏLAVƏ OLUNUB)
Rusiyada yaşayış evində yanğın nəticəsində 4 nəfər ölüb
ABŞ Venesuelaya neft tədarük edən 4 şirkətə qarşı sanksiyalar tətbiq edib
"Brent" markalı neftin qiyməti 40 dolları ötüb
Kanadada koronavirusa yoluxanların sayı 92 min nəfəri ötüb
ABŞ-da etiraz aksiyaları zamanı 11 nəfər ölüb, yüzlərlə insan yaralanıb
Monteneqroda COVİD-19 epidemiyasının başa çatdığı bəyan edilib
Fransa XİN: Rusiyanın G7-də iştirakı barədə qərar birliyin bütün ölkələri tərəfindən qəbul edilməlidir
İtaliyada koronavirusdan daha 55 nəfər ölüb
ABŞ-ın paytaxtında 300-dən artıq nümayişçi həbs edilib
“Facebook” rəqəmsal ticarətlə məşğul olmaq üçün “Facebook Shop” xidməti yaradıb
Moskvada koronavirusdan ölənlərin sayı 2 685 nəfərə çatıb
Parisdə polis tərəfindən zorakılığa qarşı etiraz aksiyası keçirilir
Nyu-Yorkda gecə küçəyə çıxmaq qadağası bir həftə uzadıldı
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 113 mindən çox artıb
Qazaxda top mərmisi aşkar olunub (FOTO)
İspaniyada ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Türkiyə və Rusiya COVİD-19-a qarşı vaksinin hazırlanması üzərində birgə işləyəcəklər
ABŞ-ın Yelloustoun milli parkında gün ərzində 11 zəlzələ qeydə alınıb
Ermənistan aviaşirkətlərinə Aİ ərazisinə uçuşlar etmək qadağan edilib
Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI
Əfqanıstanda məsciddə partlayış olub, ölən və yaralananlar var
“Sosial sığorta haqqında” qanuna dəyişiklik edildi
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Türkiyədə koronavirusdan sağalanların sayı 130 minə yaxınlaşır
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
Qaradağda iki yük maşını toqquşub, xəsarət alan var
Aztəminatlı yeniyetmələrin təhsili üçün təqaüd proqramları təsis ediləcək
Maska taxılmamasına görə cərimələrin tətbiqi qüvvəyə mindi
"Muğam axşamları" layihəsi yeni formatda (VİDEO)
Pirallahı rayonunda qanvermə aksiyası keçirilib (FOTO)
Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb
Cinayət törədən uşaqların sayı azalıb
Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün STRATEGİYASI
Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb
Cəlil Xəlilov: Həm orta, həm də ali məktəblərdə hərbi dərslərin tədrisinə ciddi ehtiyac var
Ombudsmanın regional mərkəzləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirib (FOTO)
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib
Baş Prokuroluq Bakıda özünü yandıran kişi ilə bağlı məlumat yayıb
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub (FOTO)
Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi
Nyu-Yorkda etirazçılar mağazadan bahalı saat oğurlayıb
İllik qiyməti pis olan şagirdlər də buraxılış imtahanına buraxılırlar - Orxan Abbasov
Yelo Bankdan maaşınızın 10 misli qədər kredit!
Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü
Müəllimlərin yay məzuniyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı
Bakıda exspres marşrutların fəaliyyəti dayandırılır (FOTO)
Fərqlənmə attestatlarının və medalların verilməsində heç bir dəyişiklik yoxdur
Hazırkı şəraitdə bütün müəllimlərin işə çağırılması düzgün deyil - RƏSMİ
Məktəblərdə pedaqoji şuralar onlayn keçirilsin - TƏKLİF
“Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsinin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq (FOTO)
“Qobu park 3” yaşayış kompleksinə köçürülmə başlanılır (FOTO)
Dərsliklərin məktəblərə geri qaytarılma tarixi AÇIQLANDI
Leyla Abdullayeva: Ermənistanın ilhaqçı siyasətinə son verməsi və işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması bir zərurətdir
Anar Mirzəzadə: Şagird oxuduğu məktəbi dəyişmək istəyirsə, xüsusi qaydaya əməl etməlidir
Bu şəxslər ümumtəhsil müəssisələrində işə cəlb edilməməlidir
İyunun 3-də dolların manata qarşı məzənnəsi
Bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi tədris ilinin sonunadək dayandırıldı
Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar BMT TŞ-nın üzvlərinə təqdim edilib
Dövlət büdcəsinin icrası ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə olundu
Metropolitendən qatarlarda kondisionerlərin qoşulması ilə bağlı AÇIQLAMA
Mariana Vasileva FIG prezidentinin layihəsinə ekspert kimi dəvət alıb
Bütün xəbərlər