...

Xalq Bankla nağdsız ödəyənlər qazanacaq

İqtisadiyyat Materials 31 Oktyabr 2019 18:43 (UTC +04:00)
Mərkəzi Bankın dəstəyi ilə “Nağdsız Cəmiyyət Günləri” keçiriləcək.
Xalq Bankla nağdsız ödəyənlər qazanacaq

Bakı. Trend:

29 oktyabr - 7 noyabr tarixləri ərzində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə “Nağdsız Cəmiyyət Günləri” keçiriləcək.

Bankdan Trend-ə verilən məlumata görə, günlər ərzində keçiriləcək stimullaşdırıcı tədbirlərdən biri də “Nağdsız ödəyən qazanır!” layihəsidir.

Kampaniyada Xalq Bank da daxil olmaqla 11 bank və hesab.az portalı iştirak edir. Kampaniya çərçivəsində hesab.az ödəniş portalı üzərindən nağdsız əməliyyatlar keçirən müştərilər qazandıqları bonusları Xalq Bankın ödəniş kartlarına dəyişə biləcəklər.

Bunun üçün istifadəçilər şəxsi hesabları üzərindən həyata keçirdikləri hər nağdsız ödənişə görə bonuslar qazanacaq və onları “Dərhal dəyiş” bölməsində 10 000-20 000 bonus qarşılığında Xalq Bankın Visa Gold və Visa Classic ödəniş kartlarına sahib ola biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti