...

"Norm" şirkəti müştərilərlə silsilə tədbirlər keçirdi (FOTO)

İqtisadiyyat Materials 1 Noyabr 2019 11:00 (UTC +04:00)
"Norm Sement" ənənəsinə sadiq qalaraq, bu il də müştərilər üçün görüşlər, ziyafətlər təşkil edib.
"Norm" şirkəti müştərilərlə silsilə tədbirlər keçirdi (FOTO)

Bakı. Trend:

"Norm Sement" ənənəsinə sadiq qalaraq, bu il də müştərilər üçün görüşlər, ziyafətlər təşkil edib. 04.10.-24.10.2019 tarixlərində baş tutan tədbirlərə 40-a yaxın regiondan müştərilər dəvət olundu.

Görüşlərin keçirilməsində əsas məqsəd müştərilərə göstərilən xüsusi qayğı və diqqət sayəsində müştəri loyallığının və məmnuniyyətinin artırılması, onların öz həmkarları ilə fikir mübadiləsi və "Norm Sement" zavodunun rəhbərliyi ilə qarşılıqlı ünsiyyəti üçün əlverişli şərait yaratmaq, müştərilərdən gələn sualları cavablandırmaq, həmçinin təklif və ideyaları dəyərləndirmək idi.

Tədbirlər 1500-ə yaxın dilerin iştirakı ilə Quba, Qusar, Xaçmaz, Xızı, Ağsu, Şamaxı, Kürdəmir, Qəbələ, İsmayıllı, Oğuz, Ağdaş, Ucar, Göyçay, Qax, Şəki, Zaqatala, Balakən, Gəncə, Tovuz, Qazax, Şəmkir, Ağstafa, Göygöl, Samux, Yevlax, Mingəçevir, Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Lənkəran, Masallı, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Şirvan, Saatlı, Sabirabad, İmişli, Beyləqan bölgələrində təşkil edildi.

Tədbirdə müştərilər üçün ziyafət, konsert proqramları təşkil olundu, keçirilən əyləncəli müsabiqələr və oyunlar nəticəsində qaliblərə dəyərli hədiyyələr təqdim olundu. Bundan əlavə, tədbir əsnasında il ərzində satışları ilə fərqlənmiş dilerlər dəyərli hədiyyələrlə təltif edildilər.

Norm Sement-in Satış və Marketinq heyətinin də iştirakı ilə baş tutan görüşlərdə müştərilər şirkət tərəfindən onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını ifadə edilər və minnətdarlıq bildirdilər.

Fəaliyyətinin əsas prinsipini müştəri məmnuniyyəti təşkil edən "Norm Sement" hazırda yerli və xarici şirkətlərlə əməkdaşlıq edərək, müştəri münasibətlərinin daha da yaxşılaşdırılması və loyallığın artırılması istiqamətində tədbirlər planı üzərində çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti