...

Azəristiliktəchizat: Bu gün mövcud borc vətəndaşa təsir etməyəcək

İqtisadiyyat Materials 14 Noyabr 2019 11:37 (UTC +04:00)
Bu gün binalarda istilik sisteminin quraşdırılmasında əsas problemlər binadaxili istilik təchizatı sistemindəki qüsurlardır
Azəristiliktəchizat: Bu gün mövcud borc vətəndaşa təsir etməyəcək

Bakı. Samir Əli - Trend:

Bu gün binalarda istilik sisteminin quraşdırılmasında əsas problemlər binadaxili istilik təchizatı sistemindəki qüsurlardır.

Trend-in məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

İ.Mirzəliyev bildirib ki, respublikanın dağ rayonlarında artıq noyabrın 1-dən istilik təhzitatı təmin edilib: "Gələcəkdə 110 istilik mənbəsi, 84 qazanxanaın qurulmasını planlaşdırırıq. Bu isə ümumilikdə 950 yeni iş yeri yaradılması deməkdir".

Qurum rəsmisi deyib ki, hazırda 300-dək bina istilik təchizatı ilə təmin edilməyib:

"Bizim hazırda Azəriqaz-a borcumuz var. Bunu gizlətmirik. Bir müddət əvvəl ölkə başçısınin göstərişi ilə bu borc əvəzləndi. Amma onu deyim ki, bu gün mövcud borc vətəndaşa təsir etməyəcək. Hazırda bizim xidmət ərazimizdə 4500-dək bina var. Amma onlardan 300-də istilik təchizatı praktik cəhətdən mümkün deyil. Bunlar Nərimanov, Nəsimi rayonları və şəhərin mərkəzində olan bəzi binalardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti