...

Qazax və Samuxda 612 fərdi evə qaz verilib

İqtisadiyyat Materials 27 Noyabr 2019 01:03 (UTC +04:00)
Qazax və Samux rayonlarının 2 yeni yaşayış massivində qazlaşdırma işləri başa çatdırılıb və bu gün həmin ərazilərə təbii qazın verilişi təmin olunub.
Qazax və Samuxda 612 fərdi evə qaz verilib

Bakı. Trend:

Qazax və Samux rayonlarının 2 yeni yaşayış massivində qazlaşdırma işləri başa çatdırılıb və bu gün həmin ərazilərə təbii qazın verilişi təmin olunub.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Qazax rayonunun yeni yaşayış massivində yerləşən 115 fərdi yaşayış evinin, eləcə də Samux rayonun yeni yaşayış massivində yerləşən 497 fərdi yaşayış evinin hər biri fərdi tənzimləyici və qaz sayğacı ilə təmin olunub.

Ümumilikdə, qazlaşdırma işləri üçün 57 071 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti