...

Aİ: Biz hər zaman öz bilik və təcrübələrimizi təklif edirik

İqtisadiyyat Materials 28 Noyabr 2019 11:30 (UTC +04:00)
“Şərq tərəfdaşlığı”na daxil olmaq problemi bu məsələni həll edən ölkənin qavrama müstəvisində yerləşir
Aİ: Biz hər zaman öz bilik və təcrübələrimizi təklif edirik

Bakı. Eldar Canaşvili - Trend:

“Şərq tərəfdaşlığı”na daxil olmaq problemi bu məsələni həll edən ölkənin qavrama müstəvisində yerləşir.

Trend-in məlumatına görə, bunu Polşa nümayəndə heyətinin üzvü Kirill Kosajevski Vişeqrad qrupu ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa zamanı deyib.

Onun sözlərinə görə, müxtəlif ölkələr “Şərq tərəfdaşlığı”na fərqli ambisiya və maraqlarla daxil olur.

K.Kosajevski bildirib ki, bununla belə, Avropa İttifaqı öz bilik və təcrübələrini təklif edir:

“Şərq tərəfdaşlığı”nın hər bir üzvü tərəfdaşlıqdan çıxa bilər və buna heç kim mane olmayacaq. Biz öz tərəfimizdən bilik və təcrübə təklif edirik, qalan məsələlər ölkələrin seçimidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti