...

Hesab.az-da istifadəçilər ödəniş edərək qazanırlar!

İqtisadiyyat Materials 15 Yanvar 2020 16:01 (UTC +04:00)
Hesab.az 2020-ci ildə istifadəçiləri müxtəlif hədiyyəli kampaniya ilə sevindirməyə başladı!
Hesab.az-da istifadəçilər ödəniş edərək qazanırlar!

Bakı. Trend:

Hesab.az 2020-ci ildə istifadəçiləri müxtəlif hədiyyəli kampaniya ilə sevindirməyə başladı!

Trend-in məlumatına görə, kampaniya 14-17 Yanvar tarixlərində Hesab.az veb səhifəsi və mobil tətbiqində ödəniş edən qeydiyyatlı istifadəçiləri əhatə edir. Belə ki, həm Hesab.az mobil tətbiqində, həm də veb səhifəsində qeydiyyatlı şəkildə bir dəfə iştirak edərək, kommunal + mobil və ya hər hansı birinə müəyyən edilmiş məbləğdə ödəniş etdikdə müxtəlif hədiyyələr qazanmış olacaqlar.

Kampaniya haqqında ətraflı: bit.ly/2tSx99u

Kampaniyada iştirak edən istifadəçilər kampaniya bitdikdən sonra E-mail və ya SMS şəklində Hesab.az tərəfindən məlumatlandırılacaq.

Bununla belə hazırda Hesab.az web səhifəsi və mobil görünüşündə (www.hesab.az , m.hesab.az) Masterpass kampaniyası hələ də davam edir. Kampaniya çərçivəsində yalnız ilk 3000 nəfər endirim əldə edə bilir. Bu sayın tamamlanmasına çox az qalıb. Siz də elə indi Hesab.az platformasında Masterpass kampaniyasına qoşulun və endirim əldə edin. Masterpass kampaniyası haqqında detallarla buradan əldə edə bilərsiniz: https://hesab.az/#/masterpass

Hesab.az-da edilən yeniliklərdən ən birinci xəbərdar olmaq üçün Hesab.az-ı sosial media kanallarında ( https://www.facebook.com/hesabaz/ , https://www.instagram.com/hesabaz/ ) izləməyi unutmayın.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti