...

Latviya ilə hava daşımaları, dəniz və avtomobil nəqliyyatı, telekommunikasiya sahəsində əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat Materials 16 Yanvar 2020 17:43 (UTC +04:00)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs ilə görüşüb.
Latviya ilə hava daşımaları, dəniz və avtomobil nəqliyyatı, telekommunikasiya sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs ilə görüşüb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlikdə baş tutan görüşdə ölkələrimiz arasında telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Bu il keçiriləcək “Bakutel-2020” Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində “Latviya pavilyonu” adı altında ölkənin innovasiya sahəsində nüfuzlu şirkətlərinin və startapların təmsil olunacağı əsas müzakirə mövzusu olub.

Eyni zamanda, hava daşımaları, dəniz və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti