...

Mikayıl Cabbarov: Əhalinin pul gəlirləri inflyasiyanı 2,8 dəfə üstələyib (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 11 Fevral 2020 17:05 (UTC +04:00)
Azərbaycanda 2019-cu ildə iqtisadi artım tempi 2,2%, qeyri-neft sektorunda artım tempi isə 2 dəfəyə qədər artaraq 3,5% olub.
Mikayıl Cabbarov: Əhalinin pul gəlirləri inflyasiyanı 2,8 dəfə üstələyib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycanda 2019-cu ildə iqtisadi artım tempi 2,2%, qeyri-neft sektorunda artım tempi isə 2 dəfəyə qədər artaraq 3,5% olub.

Trend-in məlumatına əsasən, bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları 52 mlrd ABŞ dollarına çatıb. Bu da ÜDM-in həcminin 90%-dən çox deməkdir:

"Qeyri-neft ixracı 14% artaraq 2 mlrd dollara çatıb. İnflyasiya 2,6% olub, əhalinin pul gəlirləri isə inflyasiyanı 2,8 dəfə üstələyib".

M.Cabbarov, həmçinin vurğulayıb ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətinin artırılmasında mühüm bir il olacaq:

"İqtisadiyyatın daha sürətli şaxələndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, idxalı əvəz edən yerli istehsalın, o cümlədən emal sənayesinin qurulması, ölkənin tranzit potensialının maksimum reallaşdırılması, xidmətlər ixracının genişləndirilməsi və iqtisadi artımın qlobal artımdan geriyə qalmaması iqtisadi siyasətin ən əsas hədəfləridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti